Azərbaycanda erkən nikahla bağlı olan bəzi istisna hallar aradan qaldırıla bilər
Yusif Nəzərli
09:05 20.12.2022
Cəmiyyət
542
Azərbaycanda erkən nikahla bağlı olan bəzi istisna hallar aradan qaldırıla bilər.
“Report” xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında suallara cavabında deyib.
O qeyd edib ki, “Reprodiktiv sağlamlıq haqqında” qanun layihəsi Dövlət Komitəsinə rəy üçün gəlib və Komitə hazırda rəyi hazırlayır:
"Düşünürəm ki, bu qanun layihəsi ilə mövcud problemləri aradan qaldırmaq olar".
Erkən nikahla bağlı məsələyə gəlincə, komitə sədri xatırladıb ki, qanunvericiliyə görə həm oğlan, həm də qızlar üçün nikah yaşı 18-dir:
“18 yaşı tamam olmayanda yerli icra hakimiyyəti orqanlarının icazəsi ilə 17-18 yaş arasında müəyyən səbəblər nəzərə alınaraq nikah bağlamağa icazə verilir. Biz də bilirik ki, qanunvericilikdə həmin səbəblərin nədən ibarət olduğunun dairəsi göstərilmir. Ona görə də burada subyektiv yanaşma var. Bu səbəbdən bəzi hallarda neqativ hallar baş verir. 18 yaş yetkinlik yaş sayılırsa, burada hansısa güzəştin edilməsindən imtina etməliyik. Dövlət komitəsi bununla bağlı müəyyən təklif hazırlayıb qanunvericilik təşəbbüsü edib. Sizlərdən dəstək istəyirəm. Digər dövlət qurumlarında fərqli fikirlər var. Ümumilikdə istisna aradan qaldırılsa nikah yaşı yalnız 18 qəbul edilsə, bir sıra neqativ halların qarşısı alınacaq. Erkən nikah termini bununla da dilimizdən çıxacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya