Azərbaycanda körpə ölümləri NİYƏ ARTIB? - Səbəbləri AÇIQLANDI
11:48 01.11.2019
Cəmiyyət
1252
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda uşaq ölümü göstəricisinin artdığını bildirib. Onun sözlərinə görə, inkişaf edən ölkələrdə körpə ölümlərinin əmsalı hər 1 000 diri doğulana 9-10 səviyyəsindədirsə, Azərbaycanda bu göstərici 19-dur.
Mövzu ilə baölı Lent.az -a verən Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Səadət Ələsgərova bildirib ki, ölkədə hər il qeydə alınan körpə ölümləri azalır:
“Körpə ölümlərinin ən böyük hissəsini yeni doğulanlar və ya vaxtından əvvəl doğulanlar təşkil edir. Diri doğulan uşaqların ölüm halları isə daha çox 1 həftə, 10 günə və ya 1 aya qədər müddətdə qeydə alınır”.
S.Ələsgərova qeyd edib ki, körpə ölümlərinin statistikasının zəif aşağı düşməsinin səbəbi ölkədə son 4-5 ildə diri doğulanların yeni meyarlarının tətbiqi ilə bağlıdır:
“2015-ci ildən etibarən 500 qramdan yuxarı doğulan uşaqlar diri doğulan kimi qiymətləndirilir. Bu körpələrdə baş verən ölümlərin faizi digərləri ilə müqayisədə yüksək olaraq qalmaqdadır. Bu səbəbdən də hazırda körpə ölümlərinin azalmasında müsbət dinamika aydın gözə çarpmır”.
Baş həkim əlavə edib ki, bu sahədə görüləcək işlər çoxdur:
“Hazırda həm paytaxtda perinatal mərkəz, həm də regionlarda perinatal mərkəzlər fəaliyyət göstərir. Onların hamısı ən müasir avadanlıqlarla, dərman preparatları ilə təchiz edilib. Ancaq körpə ölümlərinin sayının kəskin azalmasını qısa müddətdə gözləmək mümkün deyil. Ona görə ki, onların doğulma səbəblərinin də arasında müxtəlif faktorlar (genetik, infeksiyalar, doğuş problemi və s.) yer alır”.
Dövlət Statistika Komitəsindən isə bildirilib ki, 2014-cü ildə 1 655 (976 oğlan, 679 qız), 2015-ci ildə 2 033 (1 220 oğlan, 813 qız), 2016-cı ildə 1 666 (999 oğlan, 667 qız), 2017-ci ildə 1 700 (993 oğlan, 707 qız), 2018-ci ildə isə 1 547 (892 oğlan, 655 qız) 1 yaşa qədər körpə ölümü qeydə alınıb.
Hər 1 000 nəfər diri doğulana 2014-cü ildə 10.2 (10.9 oğlan, 9.5 qız), 2015-ci ildə 11.0 (12.2 oğlan, 9.5 qız), 2016-cı ildə 11.4 (12.8 oğlan, 9.7 oğlan), 2017-ci ildə 11.1 (12.3 oğlan, 9.7 qız), 2018-ci ildə isə 11.1 (12.0 oğlan, 10.1 qız) səviyyəsində qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya