Azərbaycanda ötən il universitetlərdən xaric edilən tələbələrin sayı
Yusif Nəzərli
16:11 08.01.2025
Cəmiyyət
371
Ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.
Modern.Az xəbər verir ki, ötən semestr bir sıra universitetlərdə müxtəlif sayda tələbələr ali təhsil müəssisələrindən xaric edilib.
Tələbələrin universitetlərdən xaric edilmə səbəbləri müxtəlifdir. Onlardan bəzirləri təhsil haqqını ödəyə bilmədiyi üçün, bəziləri xarici universitetlərə qəbul olduğu üçün ali təhsil müəssisələrindən xaric olunub.
Məsələ ilə əlaqədar bir sıra ali təhsil müəssisələri ilə əlaqə saxladıq.
Azərbaycan Texniki Universitetindən bildirilib ki, 2024-2025-ci tədris ilində AZTU-dan 117 nəfər xaric edilərək təhsil proseslərinə xitam verilib.
Türkiyə-Azərbaycan Universitetindən qeyd edilib ki, TAU-ya qəbul olunan 87 nəfərdən 4 nəfəri paralel olaraq Türkiyə universitetlərinə də qəbul olunduqları üçün öz istəkləri ilə TAU-dan xaric olunublar.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, 2024-2025-ci tədris ilində AZMİU-da təhsilinə xitam verilən tələbə olmayıb:
"Boloniya sistemində tələbənin təhsilinə xitam verilməsi yalnız tələbənin öz müraciəti ilə yaxud onun daxili nizam-intizam qaydalarını kobud şəkildə pozması, Azərbaycan Respublikası Qanunvericiliyinin qadağan etdiyi, təhsil alma hüquqlarını məhdudlaşdıran əməlləri olduğu halda həyata keçirilir. 2024-2025-ci illərdə AZMİU-da bu hallar yaşanmayıb və heç bir tələbənin təhsil prosesinə xitam verilməyib".
Azərbaycan Dövlət Pedaqoji Universitetindən qeyd edilib ki, 2024-2025-ci tədris ilinin əvvəlindən indiyədək müxtəlif səbəblərdən ADPU tələbələri siyahısından 19 nəfər xaric edilib:
"Bu tələbələrdən 1 nəfəri vəfat etdiyi üçün, 18 nəfər tələbə isə şəxsi ərizələri və digər səbəblərdən tələbələr siyahısından xaric edilib".
Azərbaycan Universitetindən qeyd edilib ki, cari tədris ilində 46 nəfər öz ərizələri ilə tədris proseslərini dayandıraraq universitetdən xaric edilib.
Bakı Mühəndislik Universitetindən bildirilib ki, BMU-da yeni dərs ili başlayandan hazırkı tarixə kimi universitet tərəfindən hansısa tələbə dərsə davamiyyət və sair məsələlərə görə xaric olunmayıb:
"Bununla belə az sayda, bir neçə tələbə müxtəlif şəxsi səbəblərə görə könüllü olaraq təhsillərinə fasilə veriblər".
Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə, 2024-2025-ci tədris ilində UNEC-də bakalavriat pilləsi üzrə 53, magistratura pilləsi üzrə 84 tələbə olmaqla ümumilikdə 137 tələbənin təhsil prosesinə xitam verilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qeyd edilib ki, ADMİU-da 2024-2025-ci tədris ilində tədris prosesinə xitam verilən tələbə olmayıb.
Azərbaycan Kooperasiya Universitetindən verilən məlumata görə, AKU-da 2024-2025-ci tədris ili üzrə tədris prosesinə xitam verilən tələbə olmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm
Körfəz faktiki olaraq ABŞ-ın nəzarətinə keçir - RƏY
16:46 31.03.2026
Region
İranın Hörmüz qərarı regionu daha da alovlandırır - TƏHLİL
16:38 31.03.2026
Dünya
Azərbaycanda üç lizinq şirkəti ləğv olunur
16:31 31.03.2026
İqtisadiyyat
"Qalatasaray" Hakan Çalhanoğlunu 15 milyona transfer edə bilər
16:16 31.03.2026
Futbol
Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələri hədələyib
15:30 31.03.2026
Dünya
İranlı general ailə üzvləri ilə birgə öldürüldü - FOTO
15:12 31.03.2026
Hərbi
Kreml Zelenskinin "Pasxa atəşkəsi" təklifində açıq təşəbbüs görmür
14:54 31.03.2026
Dünya
Paşinyan Putinlə görüşmək üçün sabah Moskvaya gedir
14:36 31.03.2026
Siyasət
ABŞ Ukraynanı ərazilərini qurban verməyə məcbur edir- ŞƏRH
14:31 31.03.2026
Dünya
Orban: Zelenski Macarıstanda xaos yaratmağa çalışır
14:27 31.03.2026
Dünya
Paşinyan Aİ-nin monitorinq missiyasının yeni rəhbərini qəbul etdi
14:08 31.03.2026
Siyasət
İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyaya enişinə icazə verməyib
13:51 31.03.2026
Dünya