Azərbaycanda ovçuluqla bağlı ictimai nəzarət gücləndirilir
Yusif Nəzərli
08:49 02.02.2022
Cəmiyyət
669
Bu gün Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası ilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında ekoturizm, ov turizmi, ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az-ın məlumatına görə, Əməkdaşlıq Memorandumunun məqsədi ovçuluq ərazilərində monitorinqlərin aparılması, ov sahələrinin real imkanlarının qiymətləndirilməsi, ovçularla işin təşkili və ictimai əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, yerli və əcnəbi vətəndaşlar üçün ov təşkil edən şirkətlərin potensialının birgə dəyərləndirilməsidir.
Razılaşma Memorandumu sərbəst və yarım sərbəst şəraitdə ov obyekti olan heyvan növlərinin artırılması işinin aparılmasını, ov fəaliyyətinin rentabelliyinin artırılması ilə bağlı effektiv plan və proqramların hazırlanmasını, ovçuların fərdi məsuliyyətinin qiymətləndirilməsini, maarifləndirmə və davamlı informasiya təminatını, ictimai nəzarət mexanizminin yaradılmasını və bu sahədə sınaqdan keçmiş beynəlxalq layihələrin icrasının həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycanın ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, quşların sərbəst və yarımsərbəst yolla artırılmasının həyata keçirilməsi, bu yolla növlərin təbiətdəki təbii populyasiyasına təsirlərin minimuma endirilməsi, “məsuliyyətli ovçu” anlayışının təbliği, eyni zamanda yerli və əcnəbi ovçuların maarifləndirilməsi, ov qaydalarına riayət edilməsi üçün ictimai əməkdaşlığa nail olunması məqsədilə 2022-ci ildən ölkədə Təbiət və Ov Turizmi Assosiasiyası fəaliyyətə başlayıb.
Assosiasiyanın fəaliyyətinin əsas hədəfi Azərbaycanda “məsuliyyətli ovçuluğu” geniş anlamda təşviq etməklə qanunvericiliyə riayət olunmasına, biomüxtəlifliyin qorunmasına və bu sahədə sabit, davamlı istifadənin təmin edilməsinə töhfə verməkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat