Azərbaycanda quşlar elektrik cərəyanından qorunacaq
Yusif Nəzərli
04:20 12.01.2022
Cəmiyyət
694
Elektrik dayaqlarına xüsusi qurğular quraşdırılır
Azərbaycanda quşların hava elektrik verilişi xətlərinə toxunması nəticəsində yaralanması və məhv olmasının qarşısını almaq, eləcə də həmin xətləri qorumaq məqsədi ilə elektrik dayaqlarına xüsusi qurğular quraşdırılır.
“Azərenerji” ASC-dən “Şərq”ə verilən məlumata görə, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilkin olaraq quşların ən çox tələf olduğu müşahidə edilən Goranboy, Yevlax, Bərdə, Ağcabədi, Salyan, Masallı və Ucar rayonlarının ərazisindən keçən hava xətlərində polimer materialdan hazırlanmış xüsusi konus tipli qurğular quraşdırılacaq.
Növbəti mərhələdə bu cür qurğuların ölkənin digər rayonlarında da quraşdırılması nəzərdə tutulur: “Qeyd edilməlidir ki, təbii arealın itirilməsi, qanunsuz ovlanma və zəhərlənmə ilə yanaşı, elektrik xətləri ilə təmas quşların məhv olmasının əsas səbəblərindən biridir.
Quşlar uçarkən və ya təhlükəli dirəklərə enərkən çox vaxt naqillərə toxunur və bəzən elektrik cərəyanı ilə vurulur. Azərbaycanda quşların elektrik cərəyanı ilə vurulması və bununla bağlı xətlərdə qəza açılmaları halları əsasən ağaclar olmayan ərazilərdə quşların mövsümi miqrasiyası zamanı 110-330 kV-luq elektrik verilişi xətlərində müşahidə olunur.
Təəssüf ki, elektrik cərəyanı vurması halları çox vaxtlar məhz iri quşlar, o cümlədən Azərbaycanın Qırmızı Kitabına daxil olan yırtıcı quşlar arasında baş verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat