Azərbaycanla qonşu ölkədə taun təhlükəsi
Yusif Nəzərli
15:18 17.06.2022
Cəmiyyət
320
Azərbaycanla həmsərhəd Dağıstan Respublikası qorxulu taun xəstəliyinin mümkün təbii ocaqları arasındadır.
Bu barədə Rusiyanın “İnvitro-Sibir” MMC-nin klinik diaqnostika laboratoriyasının baş həkimi, infeksionist Andrey Pozdnyakovun xəbərdarlığından aydın olub.
Onun sözlərinə görə, taunun yayılma riski olan ərazilər arasında bu infeksiyanın təbii ocaqlarının ola biləcəyi dörd bölgə var.
“Taunun mümkün təbii ocaqları arasında Dağıstan, Monqolustan, Kabardin-Balkar və İnquşetiya ilə həmsərhəd olan Altay dağları var. Bunlar gəmiricilərin yeyilə biləcəyi və ya tüklərindən istifadə oluna biləcəyi yerlərdir”, - deyə həkim izah edib.
Onun sözlərinə görə, risk qrupuna endemik ərazilərdə yaşayan gəmiricilər və həşəratlarla təmasda olan şəxslər daxildirlər. Ən böyük ölüm riski uşaqlarda, yaşlılarda və immuniteti zəif olan insanlarda mövcuddur.
Pozdnyakov bildirib ki, taun əvvəlcə yoluxmuş gəmiriciləri, sonra isə insanları sancan həşəratların, o cümlədən birələrin vasitəsi ilə yayılır. Bundan başqa, xəstəliyə yoluxmuş heyvan cəmdəklərini kəsərkən və xəstə insanla yaxın təmas zamanı da yoluxma ola bilər.
“Üçüncü yoluxma yolu ağır hallarda mümkündür: Taun ağciyər mərhələsinə keçdikdə o, hava-damcı yolu ilə ötürülə bilər”, - deyən mütəxəssis bunun ən təhlükəli yayılma üsulu olduğunu bildirib və məhz bu halın ən yüksək ölümcüllüyə malik olduğu barədə xəbərdarlıq edib.
Mənbə: Lenta.ru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə