Bakıda 24 yaşlı gənc kişini qətlə yetirib özünü ataraq intihar etdi - TƏFƏRRÜAT
Yusif Nəzərli
13:39 31.01.2022
Cəmiyyət
606
Yanvarın 29-u saat 01:00 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəllüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi, həmin binanın qarşısında isə gənc oğlanın hündürlükdən düşməsi nəticəsində ölməsi faktı ilə bağlı araşdırmalar davam etdirilir.
Publika.az-ın əldə etdiyi məlumata görə, ilkin araşdırmalardan sonra hadisənin İ.Hüseynova məxsus mənzildə baş verdiyi məlum olub.
Belə ki, 50 yaşlı İ.Hüseynovun öz evində qətlə yetirilməsi dəqiqləşib. Onun mənzilindən özünü ataraq intihar edən 1997-ci il təvəllüdlü Fuad Mayılovu isə ilkin baxış zamanı tanıyan olmayıb. Bəlli olub ki, Fuadla İlham arasında qohumluq və ya qonşuluq əlaqəsi yoxdur. Hündürlükdən düşmə nəticəsində ölən 25 yaşlı Fuadın hadisə vaxtı üst geyiminin, iş çantasının, ayaqqabılarının da üstündə olması onun İlhamın evinə gələrkən və ya həmin evdən çıxarkən özünü binadan atmaq qərarına gəldiyini göstərir.
İlkin ehtimala görə F.Mayılov İ.Hüseynovu qətlə yetirdikdən sonra özünü eyvandan ataraq intihar edib.
Onun həmin evə niyə gəlməsi, İlham Hüseynovla hansı münasibətlərinin olması, hadisənin hansı şəraitdə və konkret hansı səbəbdən baş verməsi hələlik tam dəqiqləşməyib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat