BAO Dilavər Əzimlinin əsərlərindən ibarət kitabın təqdimatını keçirdi - Foto
Yusif Nəzərli
19:48 07.01.2023
Cəmiyyət
558
BAO Dil-Tarix-Coğrafiya Qurumunun təşkilatçılığı ilə yanvarın 7-də baş tutan tədbir Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının İdeoloji məsələlər üzrə muavini və AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent, mərhum Dilavər Əzimliyə həsr edilmişdi.
BAO-nun Mətbuat Xidmətindən "Sherg.az"a verilən xəbərə görə, Dilavər Əzimlinin əsərlərindən ibarət “Toplumdan seçilmişə doğru" kitabının təqdimatının keçirildiyi tədbiri çıxış sözü ilə BAO Dil-Tarix-Coğrafiya Qurumunun rəhbəri tarixçi Anar Can Kıtay açdı.
BAO başqanı Zahir Əlisoy, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı, Məhəmməd Muxtarlı, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, AMEA Tarix İnstitutunun əməkdaş, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov, Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının humanitar məsələlər üzrə muavini və AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, BAO üzvü şair Fəzail İsmayıl Böyükkişi, keçmiş BAO üzvü Nəcəfalı Cahangirli, BDU Azərbaycan tarixi kafedrasının magistri Nihad Məmmədli, jurnalist Rüfət Muradlı, BAO Mətbuat Xidmətinin rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslı çıxış etdi.
Çıxış edənlər Dilavər bəyin Azərbaycan tarix elmi qarşısındakı, eləcə də Bütöv Azərbaycan Ocaqlarında fəaliyyəti dövründəki xidmətlərindən danışaraq onunla bağlı xatirələrini bölüşdülər.
Çıxışçılar Dilavər Əzimlinin əsərlərindən ibarət “Toplumdan seçilmişə doğru" kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.
Məlumat üçün bildirək ki, kitab AMEA Tarix İnstitutu tərəfindən hazırlanmışdır.
Onu da qeyd edək ki, Bütöv Azərbaycan Ocaqları (BAO) Dil-Tarix-Coğrafiya Qurumunun dəyirmi masaları ənənəvi olaraq hər həftənin şənbə günləri saat 15:00-da keçirilməyə davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol