Baş Prokurorluq Şəmkirdə arvadını və baldızını bıçaqlayan şəxsə verilən cəzadan narazıdır
Yusif Nəzərli
08:20 14.01.2022
Cəmiyyət
438
Baş Prokurorluq Şəmkirdə arvadını və baldızını bıçaqlayan şəxsə verilən cəzadan narazıdır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi media və sosial şəbəkə səhifələrində Şəmkir rayonu, Ələsgərli kənd sakini Şəhla Süleymanovaya və bacısı Şəlalə Tağıyevaya bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən sonuncunun əri Gürzalı Alyarova Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza verilməsi ilə bağlı informasiyalar yayılıb.
Qeyd edilib ki, 26 may 2021-ci il tarixdə birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Gürzalı Alyarov bıçaqla arvadı Şəlalə Tağıyevaya ağır dərəcəli bədən xəsarəti yetirib, daha sonra həmin vaxt onları sakitləşdirməyə çalışan sonuncunun bacısı Şəhla Süleymanovaya da bıçaqla insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanaraq istintaq aparılıb, Gürzalı Alyarova qeyd edilən maddələr ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin məhkəmənin 29.12.2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Gürzalı Alyarovun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza, yəni 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Təyin olunan cəza törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmadığından cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən apellyasiya protesti verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat