BDU-da 75 nəfər professor vəzifəsinə qəbul edilib
Yusif Nəzərli
14:32 22.06.2022
Cəmiyyət
507
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
“Report” xəbər verir ki, iclasda əvvəlcə BDU Elmi Kitabxanasının 2021-ci il üzrə hesabatı dinlənilib.
Kitabxananın direktoru Nigar İsmayılova Elmi Kitabxananın strukturu, əməkdaşları, kitab fondu haqqında məlumat verib. O qeyd edib ki, Elmi Kitabxananın fondunda 2 135 413 nüsxə sənəd qorunur. Kitabxana fondunun 67,4 faizini elmi, 30,5 faizini tədris ədəbiyyatı, 2,1 faizini mübadilə ehtiyat fondu təşkil edir. 2021-ci ildə kitabxana fonduna 7 204 nüsxə sənəd və 24 adda 9 982 nüsxə qəzet daxil olub. Elmi Kitabxana Azərbaycan ali məktəb kitabxanalarının metodiki mərkəzi statusunu daşıyır və 30-dan artıq ölkədaxili universitet kitabxanası, 40 xarici ölkənin 50-yə yaxın aparıcı kitabxanası ilə beynəlxalq səviyyədə əməkdaşlıq edir.
Elmi Kitabxananın elektronlaşdırılması da artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda oxucular BDU-nun 24 saat fəaliyyət göstərən elektron kitabxanasının xidmətlərindən istifadə edə biləcəklər.
Daha sonra Elmi Şurada BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun səkkiz fakültəsi üzrə 75 nəfər professor vəzifəsinə təsdiqlənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə