Bələdiyyələrin səlahiyyəti artırılır: "JEK"lər bu qurumun nəzdinə keçəcək
Turan
12:14 26.10.2019
Cəmiyyət
773
“Mənzil istismar idarələri, el arasında "JEK" kimi tanınan qurumlar bələdiyyələrin nəzdinə keçəcək”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib. Deputat bildirib ki, qanunvericiliyə əsasən, bələdiyyələrin fiziki şəxslərdən əmlak, hüquqi şəxslərdən torpaq vergisi yığmaq hüququ var. Ancaq çox az sayda insan mülkiyyətində olan mənzillə əlaqədar əmlak vergisi ödəyir: “Bakıda yaşayan insanlar mənzil istismar idarələrinə lift və digər xidmətlər üçün pul verirlər. Ancaq bu, mənzil istismar idarələri tərəfindən yığılan puldur, bələdiyyələrə heç bir dəxli yoxdur. Hələlik mənzil istismar idarələri bələdiyyələrin nəzdində deyil. Bir müddətdən sonra mənzil istismar idarələri də bələdiyyələrin nəzdinə keçəcək.
Bunun üçün qanunvericiliyə dəyişiklik olmalıdır”. Lakin komitə sədri hesab edir ki, hazırda bələdiyyələrin mənzil istismar idarələrini idarə etmək üçün imkanları yoxdur: “Gərək bələdiyyələr təcrübə əldə etsin, əhali ilə bələdiyyələr arasında yüksək səviyyədə münasibətlər yaransın. Bundan sonra mənzil istismar idarələri də bələdiyyələrin nəzdinə keçəcək və bələdiyyələrə digər səlahiyyətlər veriləcək”.
Bələdiyyələr və onların fəaliyyətini dəyərləndirən mütəxəssislər isə vurğulayırlar ki, bu qurumun inkişafı üçün statusu artırılmalı və onlara yeni səlahiyyətlər verilməlidir. Onların fikrincə, ölkədə bələdiyyələrin zəif olması onların maliyyə potensialının azlığı ilə bağlıdır. Ona görə də qanunvericilikdə bələdiyyələrin səlahiyyətləri ilə bağlı boşluqlar aradan qaldırılmalıdır.
Millət vəkilinin bələdiyyələrlə bağlı anonsunu “Şərq”ə dəyərləndirən AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı deyib ki, dünyanın əksər ölkəsində yerli səlahiyyətlər, xüsusən kommunal məsələlərin həlli birbaşa bələdiyyələrə tapşırılır. Onun sözlərinə görə, Azərbaycanda bələdiyyələrin hörmətini artırmaq, eyni zamanda ictimaiyyətin bu quruma inamını formalaşdırmaq üçün geniş səlahiyyətlərin verilməsi mütləqdir:
“Əsas məsələ odur ki, icra hakimiyyətləri bələdiyyələrin fəaliyyətinə müdaxilə etməsinlər. Əgər səlahiyyətləri artırıldıqdan sonra da icra orqanları işə qarışacaqsa, yəni bələdiyyələr bir növ icra hakimiyyətlərinin əlavəsi olacaqsa, onda güclü bələdiyyə strukturundan danışmaq olmaz. Bələdiyyə yerli özünüidarəetmə orqanıdır. Azərbaycanda yerli hakimiyyətin iki forması var. Birincisi, Prezidentin təyin etdiyi icra hakimləridir ki, onlar dövlət başçısının yerlərdəki nümayəndələri sayılır. İkincisi isə xalqın seçdiyi yerli özünüidarəetmə orqanlarıdır. Bu iki qurum bir-birinin səlahiyyətlərinə qətiyyən qarışmamalıdır. Təəssüflər olsun ki, Azərbaycanda elə mühit var ki, yerlərdə icra hakimləri bütün idarəetməni öz əllərində cəmləşdirməyə çalışırlar”.
Ekspertin fikrincə, bələdiyyələri işlək mexanizmə çevirmək istəyiriksə, ilk növbədə icra hakimiyyətlərinin müdaxiləsinin qarşısını almalıyıq: “Bələdiyyələr onlara verilən səlahiyyətləri bilavasitə özləri həyata keçirməlidir. Yalnız o halda bələdiyyələr nəyəsə nail olar və xalqın da etimadını qazanar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya