Bəlkə də həkim xanım intihar etməyib
Yusif Nəzərli
20:20 28.06.2022
Cəmiyyət
489
Ginekoloqun ölümünə təsadüfi qəza, diqqətsizlik də səbəb ola bilər
Ancaq həyatı normal şərtlər altında keçən, həyatı zahirən problemsiz görünən insan da bir gün intihara əl ata bilər. Bu, insanın ruhi-psixoloji vəziyyətindən asılıdır
Paytaxtda daha bir intihar hadisəsi qeydə alınıb. Hadisə Yasamal rayonunda baş verib. Yayılan məlumata görə, ginekoloq-həkim, 38 yaşlı Xalidə Kəngərli yaşadığı çoxmərtəbəli binadan özünü atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. İntihar etdiyi bildirilən şəxsin həkim-ginekoloq olması daha çox təəccüb doğurur. Bu mənada ki, bir yeniyetmənin, gəncin intihar etməsini şəxsin formalaşmaması, hisslərinə hakim ola bilməməsi kimi anlaşılan, hardasa, qəbul edilən amildirsə, yetişkin bir insanın, həm də ali təhsilli, həkim ixtisasına yiyələnmiş, insanlara sağlamlıq bəxş edən şəxsin həyatına qəsd etməsinin izahını vermək çox çətindir.
Psixoloq Elnarə Eyyubova isə hesab edir ki, intiharın “yaş kateqoriyası” yoxdur. “Şərq”ə açıqlamasında psixoloq qeyd etdi ki, intihar hadisəsi yaşla, peşəylə, cəmiyyətdəki statusla, mövqe ilə əlaqəli deyil:
- İntiharın “yaş həddi” olmadığ kimi “peşəsi”, “statusu” da yoxdur. İntihar insanın ruh halıyla birbaşa bağlıdır. Sosial status, cəmiyyətdəki mövqe, maddi imkan, yaş həddi... bunlar intiharla müqayisə olunan deyil. Həyatı normal şərtlər altında keçən, həyatı zahirən problemsiz görünən insan da bir gün intihara əl ata bilər. Bu, insanın ruhi-psixoloji vəziyyətindən asılıdır. Çox təəssüf ki, cəmiyyət insanların sağlamlığının keşiyndə dayanan bir həkimi itirdi. Amma bəlkə də bu gənc xanımın hansısa ciddi problemləri olub, amma kimsə bundan xəbər tutmayıb, heç kimə deməyib, danışmayıb problemləri barədə. Bəzən insanlar problemlərini ailə üzvlərindən, yaxınlarından, dostlarından gizlədir, problemləri ilə baş-başa qalır, nəticədə depressiv vəziyyətə düşürlər. Vəziyyətdən çıxış yolu tapa bilmirlər. Çıxış yolunu, həyatdan birdəfəlik getməkdə görürlər, təəssüf ki. Həyatda bezən, küsən insanlar var. Yaşadığı həyatdan yorulmuş, uğurları yetərli olmayan, sevgiyə, qayğıya ehtiyac duyan, sevgisizlikdən yorulan insanlarla intihar arasında bir addım olur bəzən. Ona görə psixoloqlar daim bunu məsləhət görür ki, əgər bir insan sizin yanınızda “yorulmuşam”, “bezmişəm”, “bir gün eşidəcəksiz ki, özümü öldürmüşəm”, ifadələrini işlədirsə və bunu hirslə, əsəbi şəkildə deyirsə, onun vəziyyətiylə tanış olmaq, probleminin nədən ibarət olduğunu öyrənmək, ona tək olmadığını, onu sevən, tək qoymayacaq insanlar olduğunu mütləq söyləməlisiniz və ona ciddi dəstək göstərməlisiniz. Ən əsas mənəvi dəstəkdir. Məsləhət vermək lazımdır. Ən azından bir psixoloqa yönləndirmək lazımdır.
E.Eyyubova bildirdi ki, istər gənc olsun, istər yetişkin insan, hərənin özünə uyğun problemi var:
- Gənclərin bəzən imtahandan aşağı göstərici əldə etdiyinə görə intihar etdiyini eşidirik. Başqa birisi tamam fərqli bir problemə görə intihar edir. Həyatında gözləmədiyi halda baş vermiş bir hadisə insanı depressiv vəziyyətə salıb, intihar həddinə çatdıra bilər.
Psixoloq vəfat etmiş həkim-ginekoloqun ölümünə intihar deyil, təsadüfi bir qəzanın, diqqətsizliyin səbəb olmasını da istisna etmədi:
- Xəbər verildiyi kimi faktla bağlı araşdırma aparılır. Ölümün səbəbləri bilinəcək yəqin ki. Bəlkə də həkim xanım intihar etməyib, təsadüfi qəza nəticəsində yıxılıb. Yaxud başqa bir hadisə baş verib. Hər ölüm hadisəsini intihar kimi qələmə vermək də düzgün deyil. Ən doğrusu istintaq başa çatdıqda bilinəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq