Bir cüt göz...
Bir cüt göz...
09:31 25.02.2022
Cəmiyyət
535
Saatlardır Rusiyanın Ukraynanı işğalından yazıram. Telefon danışıqları, xəbərdarlıqlar, bəyanatlar...Az qala, bütün dünya Kremlin işğalçılıq siyasətinə qarşıdır. Beynəlxalq təşkilatlar hərbi əməliyyatların ən qısa zamanda dayanmayacağı təqdirdə Kremlin bunun əvəzini ödəyəcəyini deyirlər.
Ukrayna rəsmiləri, o cümlədən Prezidenti Vladimir Zelenski beynəlxalq ictimaiyyətə, tərəfdaşlarına müraciət edirlər. Onlar Rusiyaya qarşı sanksiyaların artırılmasının, Putinin dayandırılmasının vacibliyindən danışırlar. Zelenski nikbindir, xalqının birliyinə, həmrəyliyinə, cəsarətinə inanır.
Döyüşlər isə davam edir. Rəsmi məlumatlara görə hər iki tərəfdən xeyli ölən, yaralanan və əsir düşən var.
İnformasiyalar dayanmır, məlumatlar işıq sürəti ilə yenilənir. Mümkün qədər operativ olmağa çalışıram. Həm də hadisələrin gedişi barədə düşünür, nəticəsini təxmin edirəm. Gərginliyin başlanma səbəbini, son bir neçə ayda baş verənləri yadıma salıram.
Artıq yorulduğumu hiss edirəm. İş saatının bitməyinə az qalıb. Silahlar isə susmur. Rusiyada xalq müharibəyə etiraz edir, küçələrə çıxır. Ukraynada mülki vətəndaşlar əllərinə silah alırlar. Hərbi əməliyyatların haçan bitəcəyi məlum deyil. Başımı əllərim arasına alıb düşündüm. Soyumuş çayımdan bir neçə qurtum aldım.
Belə bir vaxtda təsadüfən bu fotonu gördüm. Şəklin harada çəkildiyindən xəbərsizəm. Nə qızın adını bilirəm, nə də oğlanın. Ancaq nə fərqi var ki? Onsuz da hər birimiz insanıq. Keçirdiyimiz hissləri anlaya, duyğularımıza şərik çıxa bilirik.
Kadrdan qızın narahatlığı, qorxusu aydın hiss olunur. Ola bilsin, oğlan müharibəyə getməyə hazırlaşır- ya könüllü, ya çağırışla. Bəlkə də, bu, sonuncu görüşləridir. Fərqi yoxdur. Əsas məsələ odur ki, ortada həyəcan, ayrılıq, niskil var. Bəlkə, qız "Getmə" deyib. Dili ilə olmasa da, gözləri ilə. Fəqət, görünür qərar qətidir.
Sözsüz, hər iki ölkədə belə cütlüklər çoxdur. Gənc oğlanlar "Vətən!" deyib cəbhəyə yollanırlar, lakin tərəddüd etməmiş də deyillər. Axı arxalarında bir cür gözü qoyub gedirlər. O bir cüt gözdə isə çox şey var- sevgi, qayğı, sonsuz inam...Bir sözlə, insanı xoşbəxt edəcək hər şey. Elə isə adam öz- özünə düşünür: nəyə lazımdır müharibə? Kimə gərəkdir başqasının torpağı? Fikirləşməyə dəyməz. Bu, bəlkə, tarixin özünün cavab verə bilməyəcəyi sualdır.
Amma geridə qoyulan o bir cüt göz var ha, ancaq onun üçün, bircə onun gülməyindən ötrü bütün savaşları dayandırmağa dəyər...
ABŞ-ın keçmiş prezidentlərindən biri Con Kennedi deyirdi ki, ya bəşəriyyət müharibəyə, ya da müharibəyə bəşəriyyətə son qoyacaq. Birincinin olacağına ümid edirik. Bəlkə, doğrudan da, savaşlara qon qoyular...
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol