BNA-dan razı qalan günümüz olacaq?
Yusif Nəzərli
00:28 01.02.2022
Cəmiyyət
466
Sərnişinlərin narazılıqları bitmək bilmir
Şənbə və bazar günləri avtobuslar 40 dəqiqə intervalla işləyir
Şənbə-bazar günləri ictimai nəqliyyatın işindən narazılıq edilir. Həftə içi 10 dəqiqə intervalla işləyən avtobuslar şənbə-bazar günləri daha uzun zamanlı, hətta 40 dəqiqə intervalla işləyir. Halbuki, işləyənlərin bir qismi üçün şənbə və bazar istirahət günləridirsə, bir qisim üçün adi iş günüdür. Avtobuslararası intervalın uzanması isə işə gedib-gələnlərə çətinlik yaradır. Xüsusən də nəzərə alsaq ki, “Covid”in yeni “Omicron” ştammının yoluxuculuq qabiliyyəti daha yüksəkdir, basabas avtobuslarda yoluxma riski də artır. İctimai nəqliyyatın işindən narazılıq haqda bazar günü sosial şəbəkədə də müzakirə açılıb. “525-ci qəzet”in baş redaktor müavini, publisist Yusif Rzayev 32 saylı avtobusu 40 dəqiqə gözlədiyini yazıb. Həmçinin sürücülərin davranışından da şikayətlənib:
“BNA-nın sürücüləri özlərini çox tərbiyəsiz aparır… A kişi, 40 dəqidə interval olar? Camaat 40 dəqiqəyə kosmosa gedib gəlir… siz bir xətti idarə edə bilmirsiniz?”.
Sosial şəbəkədəki “sərnişinlər”in də, dərdləri təzələnib. İctimai nəqliyyatdan narazılıq bildiriblər, üstəlik, sürücülərin kobud davranışından da gileyləniblər.
Məhərrəm Nəcəfzadə: Eynən 6 nömrəli marşrut avtobusu kimi.
Almaz Ülvi Binnətova: 6 saylı avtobus 30-40 dəqiqəlik intervalla gəlir və basabasda dünya aləm dəyir biri-birinə.
Adil Osmanov: BNA-nın devizi belədir: "Dəyirman öz bildiyini edir. Çax-çax baş ağrıdır"
Zərifə Bəşirqızı: Siz 52 nömrəli avtobusdan danışın. Xəttə iki maşın çıxır. İnterval 40 dəqiqə - tez gələndə. Beşmərtəbə - 4-cü mikrorayon.
Zaur Ustac: Var olun. Allah sizi qorusun. Hamısı doğrudur. Hələ Siz yalnız bir kiçik problemdən yazmısınız... Müntəzəm istifadəçilər hər gün həyatlarını sadəcə təhlükəyə atırlar...
Nusrət Quliyev: Hələ sərnişinləri aldatdıqlarını demirəm. Bir dayanacaq gedən də 30 qəpik ödəyir, 10 (on) dayanacaq gedən də. Bu sərnişinləri soymaqdır…
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev“Şərq”ə açıqlamasında qeyd etdi ki, müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalı və gündəlik xəttə çıxan avtobus sayı sərnişin tələbatına uyğun olaraq tənzimlənir:
- Həftənin iş günləri ilə müqayisədə şənbə və bazar günləri sərnişin səfər sayı nisbətən aşağı olduğundan intervallar da bir qədər uzanır. Amma təbii, bu, sui-istifadə hallarına yol açmamalıdır. Sərnişindaşıma şirkətlərinə bununla bağlı tapşırıqlar verilib.
M.Ağayev sərnişinlərin konkret hansı xətt üzrə hərəkət edən avtobuslardan narazı olmalarını qeyd etməyimizi istədi və problemin araşdırılacağını bildirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat