Bölgələrdə həkimlərə yaş senzi tətbiq olunmamalıdır
Yusif Nəzərli
09:30 21.12.2022
Cəmiyyət
544
65 yaşı tamam olan kimi həkimlərin üzünə qapılar bağlanır
“Əmək qabiliyyətini itirməyən həkimlərin işdən azad edilməsi doğru deyil”
"Bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması üçün iş aparılır". Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib. Onun sözlərinə görə, bununla bağlı xaricdə təhsil almış Azərbaycan vətəndaşı olan həkimlərin ölkəyə geri qayıtması, Bakı və regionlarda əhaliyə tibbi xidmət göstərməsi üçün müvafiq addımlar atılıb.
V.Qurbanov vurğulayıb ki, bu il 60-a yaxın Türkiyə və digər xarici ölkələrdə təhsil almış azərbaycanlı həkimlər artıq Azərbaycanda fəaliyyətə başlayıb:
"Bu layihə növbəti illərdə də davam edəcək. Regionlarda fəaliyyət göstərən xəstəxanaların vəziyyəti qənaətbəxşdir. Onların yeni avadanlıqlarla təmin olunması davam edir. Kadr çatışmazlığını aradan qaldırmaq üçün də işlər görülür. Bir çox xidmətlər Bakı, Sumqayıt və Gəncədə cəmləşib. Məqsədimiz bu xidmətlərin regionlarda da təqdim edilməsidir".
İcraçı direktor bildirib ki, regionlarda kordioloji mərkəzlərin qurulması ilə bağlı layihə bitmək üzrədir: "Yalnız kordioloji deyil, damar problemləri ilə bağlı bölgələr üzrə layihələr hazırlanıb. Bu xidmətlər əhalinin yaşadığı ərazilərə yaxın yerlərdə təqdim ediləcək".
Sosioloq İlqar Hüseynlinin sözlərinə görə, rayonlardakı tibb müəssisələrində kadr çatışmazlığının birinci səbəbi əhalinin paytaxta axını ilə əlaqədar olsa da, ikinici böyük səbəb həkimlərlə bağlı yaş senzinin tətbiqidir. Ekspertin fikrincə, bölgələrdə həkimlərə bu qədər tələbat olduğu halda, yaş senzi tətbiq edib, əmək qabiliyyətini itirməyən həkimlərin işdən azad edilməsi doğru deyil: “Həkim peşəkardır.
Əgər bu və ya digər hansısa xəstəlik səbəbindən iş qabiliyyətini itiribsə, bu başqa məsələ. Amma indi sistem elədir ki, 65 yaşı tamam olan kimi həkimlərin üzünə qapılar bağlanır. Necə olur ki, 65 tamam olan günə qədər işləyib, bir günə əmək qabiliyyətini itirir?".
Ekspertin sözlərinə görə, bölgələrdə həkimlərin qazanc imkanı Bakı ilə müqayisəolunmaz dərəcədə aşağıdır deyə gənclər bölgələrə getməkdən imtina etdilər:
“Bu gün Tibb Universitetini bitirən gənclərin demək olar ki, 70 faizi xaricə axın edirlər. Belə olan təqdirdə kifayət qədər vəsaitlər xərcləndi, normadan artıq diaqnostik mərkəzlər, tibb mərkəzləri yaradıldı. Halbuki bu istiqamətdə əvvəlcədən ciddi araşdırma aparmaq lazım idi ki, bizdə yeni avadanlıqları istifadə edə biləcək ixtisaslı kadrların sayı yetərlidirmi? Rayonlarda xəstəxanalar yenidən qurulub, müasir avadanlıqlarla təmin olunub, amma kadr olmadığından xəstə ya paytaxta, ya da ətraf rayonlara getmək məcburiyyətindədir.
Ölkəmizdə spesifik kadrlara çox böyük ehtiyac var. Bu gün ölkədə ciddi şəkildə pediatr, travmatoloq, ümumi cərrah, oftalmoloq, cərrah-ginekoloq, radioloq çatışmazlığı var. Biz araşdırma aparmışıq, məsələn, İmişli, Beyləqan, Şirvan bölgəsi üzrə cəmi bir travmatoloq var.
Bu, ciddi bir problemdir. Bu sahədəki problemləri həll etmək üçün birinci növbədə ixtisasdəyişmə prosesini təkmilləşdirmək lazımdır. İkincisi, stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Tutaq ki, gənc həkimlərə minimum 2 min manat maaşdan başlayaraq rayonlarda iş təklifi yaradılmalı və onlar evlə təmin edilməlidir. Üçüncüsü, yaş senzi 70-ə qaldırılmalıdır. Dördüncüsü, hər hansı bir ixtisas üzrə sertifikasiya almış həkimlərə boş qalan yerlərə vakansiyadan kənar yerləşdirmə təmin olunsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya