Britaniya XİN rəhbəri Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib
Yusif Nəzərli
15:18 31.01.2023
Cəmiyyət
499
Böyük Britaniya parlamentində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum müzakirə edilib.
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.
Müzakirələr zamanı Britaniya xarici işlər naziri Ceyms Kleverli deputat Bob Bləkmənin sualını cavablandırıb. Ceyms Kleverli hücumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə başsağlığı verib.
O bildirib ki, bu yaxınlarda Böyük Britaniyanın İrandakı səfiri ilə səfirlik əməkdaşlarının təhlükəsizlik məsələsini müzakirə edib.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.
Yanvarın 29-da şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları, onların ailə üzvləri Azərbaycan dövləti tərəfindən ayrılmış təyyarə ilə İrandan Azərbaycan təxliyə olunublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya