Bütün nöqsanlar aradan qalxacaq
Yusif Nəzərli
08:27 02.02.2022
Cəmiyyət
623
Hər bir müvafiq icra hakimiyyəti orqanı öz tabeliyindəki silahlı birləşməni özü təmin edəcək
Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün yeni qanun layihəsi hazırlanır.
Bununla bağlı Milli Məclisin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Məqsəd bütün növ qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin edilməsidir.
Dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.
Qanun layihəsi ilə bağlı “Şərq”ə danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, əvvəl maddi-texniki təminat vasitələri Dövlət Satınalmalar Agentliyi tərəfindən təmin olunurdu, indi isə hər bir müvafiq icra hakimiyyəti orqanı öz tabeliyindəki silahlı birləşməni özü təmin edəcək.
“Müvafiq icra hakimiyyəti deyəndə güc strukturlarına malik hər bir qurum nəzərdə tutulur. Müdafiə Nazirliyinin və ya digər güc strukturlarının maddi-texniki bazası həmin qurumun rəhbərliyinin tövsiyələri əsasında, onların nəzərdə tutduğu həcmdə və miqdarda həyata keçiriləcək. Ola bilsin ki, növbəti mərhələdə təminat və təchizat məsələlərində hərbi əməkdaşlığın hansı ölkələrlə həyata keçirilməsi də müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunacaq. Bu, dünya təcrübəsində də belədir.
Yeni mərhələdə Azərbaycan Ordusunun xarici müdafiə sənayesi istehsalı olan məhsullarla təmin olunmasına ehtiyac yarandı. Xüsusən də, hərbi hava qüvvələrində döyüş təyyarələrinin parkının yenilənməsi ilə bağlı layihələr var. İndi əsasən Pakistan və İsrail istehsalı olan hərbi təyyarələrin üstün cəhətləri, maliyyə tutarları nəzərə alınmaqla müqayisəsi aparılır ki, növbəti mərhələdə hansıların silahlanmaya daxil olunmasına həmin icra hakimiyyəti orqanları qərar versinlər".
Ekspertin sözlərinə görə, əvvəl bəzi hallarda təminatla bağlı sıxıntılar yaranırdı:
“Əvvəl bir mərkəzdən bu qədər güc strukurunu təmin etmək və onun keyfiyyətinə, kəmiyyətinə nəzarət etmək çətin olurdu. Müharibə zamanı baş verən müsbət və mənfi hallar incələndikdə bu sahədə axsaqlıq olduğu aşkarlanıb. Bunun səbəbləri müəyyən olundu və daha dinamik təmin olunmanın həyata keçirilməsi üçün addımlar atılması ilə nəticələndi.
Qanun eyni zamanda demək istəyir ki, artıq biz “Azərbaycan silahlı qüvvələri” yerinə, Azərbaycan Ordusu və başqa silahlı birləşmələr ifadəsini işlətməliyik”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat