
Cəmiyyətin psixi xəstələrə münasibəti dəyişməlidir - Sosioloq
14:38 10.06.2025
Cəmiyyət
340
Bakıda qətl hadisəsi olub.
Lent.az xəbər verir ki, əldə etdiyi məlumata görə, hadisə bayram günlərində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.
Gənc qız küçədə naməlum səbəbdən 61 yaşlı Məmmdəov Hikmət Abbas oğlu öldürüb. Məlumata görə, qətli törədən şəxs ruhi xəstə olub.
Faktla bağlı araşdırma aparılır.

Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, təəssüf ki, 21-ci əsrin ilk rübünü tamamlamış olsaq da, hələ sə psixi sağlamlıq məsələləri Azərbaycanda tabu statusundadır:
“Yəni danışılmır, sorğulanmır. Adətən “başını itirib” kimi alçaldıcı ifadələrlə anılır. Halbuki, psixi sağlamlıq da ən az fiziki sağlamlıq qədər vacibdir və ictimai təhlükəsizliyin mühüm sütunlarından biridir. Amma təəssüf ki, cəmiyyətdə ruhi xəstəlik daşıyan insanlar qüsurlu şəxsiyyət kimi damğalanır və bu da onların vaxtında diaqnoz və müalicə almasına ciddi maneə yaradır. Amma unudulur ki, bir insanın psixi probleminin olması, onun hüquqlarının və təhlükəsizliyinin önəminin zəifləməsi anlamına gəlmir. İctimai nəzarət və sosial xidmət strukturları bu mövzuda ya tam passivdir, ya da reaktiv yanaşma sərgiləyir: yəni yalnız faciə baş verəndən sonra hərəkətə keçirlər. Halbuki, önləyici modellər, erkən diaqnoz, psixoloji monitorinq, ailələr üçün maarifləndirmə və sosial dəstək daha səmərəli və daha effektivdir. Məsələn, Skandinaviya ölkələrində hər məhəllədə fəaliyyət göstərən icma psixoloqları var, bizdə isə hələ də ailələr psixoloqu “ayıb” sayıb qonşudan gizlədir. Daha problemli tərəf isə, bu insanların “potensial cinayətkar” kimi etiketlənməsidir. Əslində, statistik olaraq ruhi xəstələr cinayət törətməyə meyilli deyil, amma, media sağ olsun, biz onları adətən bu cür hadisələrlə tanıyırıq. Bu, həm stiqmanı gücləndirir, həm də müalicə olunmaq istəyənlərin sayını azaldır. Nəticə etibarilə, bu kimi hadisələr yalnız fərdi faciə deyil, həm də sosial sistemin (səhiyyə, sosial xidmət, təhsil) kollektiv iflasıdır. Cəmiyyətin psixi sağlamlıq məsələlərinə yanaşması dəyişməyincə, bu tip “gözlənilməz” cinayətlər təəssüf ki, qaçılmaz olaraq qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya