Cərrah: "Şəkərli diabetin gözdə yaratdığı fəsadlar kəskin artıb"
09:13 08.08.2019
Cəmiyyət
546
Cərrah: "Şəkərli diabetin gözdə yaratdığı fəsadlar kəskin artıb"
“Bu gün Azərbaycanda göz xəstəlikləri üzrə bütün əməliyyatlar həyata keçirilir”.
Bunu APA-ya açıqlamasında tibb elmləri doktoru, VitreoRetinal göz cərrahı Tural Qəlbinur deyib. O bildirib ki, şəkərli diabet xəstəliyinin artması ilə əlaqədar gözdə olan fəsadlar ciddi şəkildə artıb: “Şəkər xəstəliyi olan şəxslər zamanında həkimə müraciət etmirlərsə, gözdə korluğa səbəb olan ciddi göz xəstəliyi - diabetik retinopatiya baş verir. Diabetik retinopatiya ən geniş yayılan xəstəlikdir. Göz xəstəlikləri erkən yaş dövrlərində başlayır. Bunlardan ən başlıcası görmə qüsurlarıdır. Bundan başqa, uşaqlarda çəplik problemi də var. Məktəbəqədər dövrdə hər bir uşaq mütləq göz müayinəsindən keçməlidir. Bu, uşaqlara aid olan bir problemdir. Böyüklər isə 40 yaşından sonra heç bir şikayəti olmasa, belə göz müayinəsindən keçməlidir. Çünki qlaukoma (qarasu) deyilən göz təzyiqi ilə əlaqəli bir xəstəlik yaranır. Bu xəstəliyin mütəmadi müayinəsi aparılmalıdır. Yuxarı yaşlarda daha çox bu göz xəstəliyinə rast gəlinir”.
T. Qəlbinurun sözlərinə görə, görmə probleminin geniş yayılması bir çox faktorla əlaqəlidir: “Görmə problemində əsasən genetik faktorlardır. Valideynlərdə görmə problemi varsa, genetik olaraq uşaqların da göz problemi yarana bilər. İkincisi, qohum evliliklərində görmə qüsurlarının olması yüksəkdir, hətta valideynlərdə heç bir göz xəstəliyi olmasa da, uşaqda ciddi görmə qüsuru ola bilər. Bir də bugünkü müasir texnologiyalarla əlaqədar problemlər yaranır. Bu, elmi cəhətdən təsdiqlənməsə də, praktik olaraq bilirik ki, texnologiyaların da hər hansı təsir var”.
Cərrah qeyd edib ki, görmə qabiliyyətini itirmiş şəxslərdə görməni genetik müalicələrlə qismən bərpa etmək olur: “Təbii ki, bu, hamıya şamil olunmur. Toyuq korluğu kimi bilinən hemeralopiya xəstəliyi var. Həmin şəxslər axşamlar görmür, gündüzlər isə qismən görürlər. Bu şəxslər müəyyən müddət sonra görmə qabiliyyətini tam itirirlər. Bunların xüsusi bir növü var ki, həmin növdə genetik müalicə, müəyyən əməliyyatla görməni qismən qaytarmaq olur. Bu da gərək erkən yaşlarda aşkarlansın. Gələcəkdə də müalicə növləri genetik olaraq aparılacaq. Çox təəssüf ki, görmə orqanını tam olaraq köçürə bilmirik. Bu, hazırda mümkün deyil, çünki göz beynin bir hissədir. Onda gərək tamlığı ilə hər şeyi dəyişək. Uzun illərdir, tibdə gözün buynuz qişasının köçürülməsi əməliyyatı mövcuddur. Bu da gözün ön hissəsindən bir parçanı köçürməkdir”.
Həkimin sözlərinə görə, katarakta (mirvari suyu) əməliyyatı son illərdə artıb: “Çünki yaşlanan bir nəsil var. Bu baxımdan göz xəstəlikləri üzrə əməliyyatlar artır. Göz dibi xəstəlikləri də çoxalır ki, bu da yaşla əlaqədardır. Göz xəstəliklərinin ağırlıq dərəcələri var. Daha ağır problemlər yuxarı yaşlı insanlardadır. Gənclərdə əsasən, görmə problemləridir”.
T. Qəlbinur qeyd edib ki, göz dibində yaşla bağlı əmələ gələn sarı ləkə xəstəliyini artıq müəyyən analizlərlə erkən yaşda bilmək mümkündür. Bu da həmin xəstəliyin qarşısını almağa imkan verir.
Qeyd edək ki, 2004-cü ildən etibarən 8 avqust Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region