Cocuqların günahı nə?! – “Uşaq döyülməklə tərbiyə olunmur, vətəndaş!”
Yusif Nəzərli
10:56 14.01.2022
Cəmiyyət
608
“Bu nə beynəlxalq, nə də yerli qanunvericiliyə uyğundur”
Ötən gün sosial şəbəkələrdə İsmayıllı rayon 1 saylı uşaq bağçasında azyaşlı uşağa şiddət göstərən “tərbiyəçi” Zülfiyyə Baxışovanın görüntüləri yayılıb. Hadisə ciddi müzakirələrə səbəb olub. Məsələyə Təhsil Nazirliyi dərhal reaksiya verib. : “Uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixindən ləğv edilib. Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır”. Qeyd edək ki, sözügedən bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır.
Maraqlıdır, bu kimi hallarda şiddət göstərən şəxsin işdən azad olunması nə dərəcədə effektiv cəza növüdür?
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova uşaq bağçalarında baş verən belə neqativ hallardan “Sherg.az”a danışarkən təəssüf hissi ilə bildirib ki, analoji vəziyyət artan statistika üzrə davam edir:
“Bəzən əsas verirlər ki, uşaq döyülməklə tərbiyə olunmalıdır. Bu yanaşma nə beynəlxalq, nə də yerli qanunvericiliyə uyğundur. Bilirsiniz ki, on illik uşaq stategiyası qəbul olundu. Bu strategiyada belə məqamlar xüsusi vurğulanıb”.
M.Zeynalovaya görə, belə şəxslərə cəza verilərkən onların işdən çıxarılması ilə kifayətlənmək olmaz:
“Həmin adamların azı beş il müddətinə fəaliyyətinə icazə verilməməlidir.Təyin olunmuş zaman bitdikdən sonra psixoloji testlər tərtib olunmalı və əgər nəticələr müsbət olarsa, onlara işlərinə qayıtmaq üçün şans verilməlidir. Əks halda biz belə zorakılıq hallarının qarşısını ala bilməyəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat