
Cocuqların günahı nə?! – “Uşaqlara qarşı şiddət artıb” - Travmalar yaradır!
Yusif Nəzərli
13:41 01.02.2022
Cəmiyyət
1189
Fərqanə Mehmanqızı:“Uşaqlarımızı əmanət etdiyimiz insanlara çox diqqət yetirilməlidir”
Azərbaycanda dayə uşağa işgəncə verib. Oxu.Az xəbər verir ki, bu barədə uşağın anası görüntüləri yayıb. Belə ki, dayə yatmağını tələb etdiyi uşağa şpris ilə işgəncə verib. Hadisənin görüntüləri evə yerləşdirilmiş təhlükəsizlik kamerası ilə lentə alınıb.Son zamanlarda uşaqlara qarşı şiddət artıb. Ailə, məktəb, dayə və.s zorakı metodlardan istifadə edir. Hətta, uşaqların özləri belə bir-birlərinə qarşı kobudluq göstərirlər. İnsanların aqressivləşməsi müxtəlif səbəblərdən yaranır. Psixoloqlar bunu hava şəraiti, texnologiyanın yaratdığı fəsadlar, maddi vəziyyət və s. ilə əlaqələndirirlər. Ümumiyyətlə, keçmişdən bəri şiddət tərbiyə metodu kimi istifadə olunub. Valideynlər, müəllimlər, dayələr uşaqları döyərək onları idarə etmək istəyirlər. Təəssüf ki, bu fikir XXI əsrdə hələ də davam edir.
Niyə uşaqlara şiddət göstərilir? Hansı preventiv addımlar atılmalıdır?

Suallarımızı cavablandıran Fərqanə Mehmanqızı“Sherg.az”a fiziki şiddətin tərbiyə üsulu olmadığını vurğulayıb:
“İnsanlar bunu tərbiyə metodu kimi qəbul edir. Təbii ki, cəza növüdür, fiziki şiddət var. Psixoloji cəhətdən uşaqlarda fəsad yaradır. Bu, şiddət törədən insanın ruh halını, psixoloji vəziyyətini, hətta sadist olduğunu açıq-aşkar göstərir. Buna görə də uşaqlarımızı əmanət etdiyimiz insanlara çox diqqət yetirilməlidir”.
Psixoloq adiyyəti qurumların bu işə ciddi yanaşmalarını bildirib:
“Ümumiyyətlə, dövlət xətti səviyyəsində uşaq baxıcılarının sertifikatlaşdırılması, psixoloji durumu, pedoqoji qabiliyyəti yoxlanılsa, fəaliyyətlərinə nəzarət edilsə, insanlar da onlara güvənər və müraciət edər. Bu da, uşaqların cəmiyyətdə sağlam bir şəxsiyyət kimi yetişməsində mühüm bir faktordur. Əslində, dayələr uşaqlara baxılmasında ailələrə çox kömək olur”.
Psixoloq uşaqlarda yarana biləcək travmalardan bəhs edib:
“Həm fiziki, həm də psixoloji şiddət insanların, xüsusilə, uşaqların şəxsiyyətinin formalaşması prosesində mənfi nüanslar yaradır. Uşaqlar qorxu yaşayır, özlərinə inam azalır. Bu da, travmalar əmələ gətirir. Təəssüf ki, travmalar isə həyatlarının hər anında onlarla yaşayır. Düzəlməsi də çətin olur”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat