Demoqrafik problem: Uşaq pulu bərpa olunmalıdır!
10:05 16.11.2023
Cəmiyyət
616
"Həm sosial problemlər, maddi təminat, həm də ümumilikdə həyat şərtlərinin çətinləşməsi və bu çətinliyə rəğmən dövlətin dəstək göstərməməsi yeni doğulan uşaqların sayının azalmasına böyük təsir göstərir”.
Bunu "Sherg.az"a sosioloq Lalə Mehralı ölkədə yeni doğulan uşaqların sayının kəskin azalmasından danışarkən deyib:
"Son illər demoqrafik artımla bağlı rəqəmlərə diqqət etdikdə görürük ki, pandemiya dövründə doğumların sayı çox aşağı düşdü. Çünki insanlar maddi təminatsız qaldılar. İşi olan işini itirdi, gəliri olan gəlirdən məhrum oldu, nikahla bağlı problemlər yarandı. Nikaha düşənlər isə ailə tərkibini artırmaq istəmədilər, çünki gələcəkdən əmin deyildilər. Yəni maddi problemlərin fonunda daha bir ailə üzvünün artması əlavə xərclər demək idi. Ailə başçısı işini itirib, maddi gəlir aşağı səviyyəyə düşüb, təminat zəifləyib, dövlət də bu halda doğulacaq uşağa görə sadəcə bir dəfə minimum məbləğdə yardım edir. Ona görə də bu problemlər fonunda heç kim ailə tərkibini artırmağı düşünmədi. Bu da artıma öz təsirinin göstərdi. Pandemiyadan sonra da insanlar o qorxunu yenə bilmədi, təkrar eyni vəziyyət olarsa, yenə eyni çətinliklər yaşanarsa, çox uşaqla öhdəsindən gəlmək mümkün olmaz deyə ya 1 uşaqla kifayətləndilər, ya da ümumiyyətlə nəsil artırmadılar.Deyə bilərik ki, artıq demoqrafik problem yaranıb. Çünki ümumi doğumların sayının azalması, həm də oğlan-qız nisbətində balansın pozulması, selektiv abor ümumilikdə hamısı buna təsir göstərir”.
Ekspert qeyd edib ki, uşaq pulu mütləq qaydada bərpa olunmalıdır:
"Bu barədə dəfələrlə müzakirələr etmişik, amma təəssüflər olsun ki, bir nəticəsini görmürük. Biz demirik ki, bu, böyük məbləğlərdən başlanılsın. Ödəniş kiçik məbləğlə də başlaya və bu, müəyyən yaş aralığında fərqli rəqəmlərdə ola bilər. Məsələn 3 yaşına qədər uşaqların xərci çox olur. Körpəyə baxan ananın işdən çıxmağa məcbur olması, ailə gəlirlərinin azalması fonunda körpənin baxım xərcləri, bezlər, qidalanma və sairə haqda düşünüb dövlət öz dəstəyini verə bilər. Həmçinin, məktəb yaşına qədər başqa, məktəbi bitirən yaşa qədər başqa məbləğdə uşaqpulu təyin oluna bilər. Simvolik də olsa, ailələrə dəstək göstərmək lazımdır. Yəni, dövlət hər uşaq üçün 100-150 manat təyin edə bilər. Buna dövlətimizin gücü çatır. Dövlət öz ailələrinin arxasında olduğunu hiss etdirməlidir. Ailələr də bu dəstəyi hiss edib demoqrafik artımda maraqlı olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya