Deputat: “Hər kəs karantin rejiminə ciddi əməl etməlidir"
Şəymən Bayramova
13:22 09.05.2020
Cəmiyyət
1004
“Qaydalara nə qədər ciddi riayət edərsək, bir o qədər də rejimin tez bitməsinə nail ola bilərik"
Koronavirusla əlaqədar ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması insanları arxayın salmamalıdır. Əks halda biz xəstəliyin yeni dalğası ilə üz-üzə qalmalı olacağıq.
Millət vəkili Bəhruz Məhərrəmov da “Sherg.az”a açıqlamasında qeyd edib ki, infeksiyanın ölkəmizdə kütləvi şəkildə yayılmasının qarşısını almaq üçün dövlət üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir:
"İnsanlar vəziyyətin nə qədər təhlükəli olduğunu anlamaq istəmir. Həm özlərinin, həm də ətrafındakı insanların sağlamlığına biganə yanaşırlar. İnsanlar dərk etməlidir ki, bu fərdi yox, ümummilli təhlükəsizlik məsələsidir. Hər kəs dövlətin qayda- qanunlarına uyğun addım atmalı, karantin rejiminə ciddi əməl etməlidir".
Deputat hesab edir ki, dövlət vəsaitinin pandemiyanın yeni dalğasının nəticələrinin aradan qaldırılmasına yönəlməməsi üçün hər bir vətəndaşımızın üzərinə ciddi vəzifələr düşür. Başlıca vəzifə isə karantin tədbirlərinin yumşaldılmasından sui-istifadəyə yol verməməkdir:
“Dövlət karantin rejiminin davam etdirilməsində maraqlı deyil. Hər ötən gün büdcəyə yükdür. Eyni zamanda, tətbiq edilən rejim vətəndaş üçün də kifayət qədər diskomfort yaratmaqdadır. Mövcud karantin rejiminə ən qısa müddətdə son qoyulması həm dövlətin, həm də vətəndaşın niyyəti ilə üst-üstə düşür. Faktiki olaraq məqsəd eynidir. Bu məqsədə çatmağın yeganə yolu rejimə əməl etməkdir. Nə qədər ciddi riayət edərsək, bir o qədər də rejimin tez bitməsinə nail ola bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət