Deputat:“Dövlət Gömrük Komitəsi şəffaflığı təmin etmək niyyətindir"
Yusif Nəzərli
14:22 21.06.2022
Cəmiyyət
738
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ötən gün Gömrük Komitəsində əməliyyat keçirdib."Qafqazinfo”ya istinadən bildirirk ki, əməliyyat bir neçə gün əvvəl “Binə” və “Sədərək” Ticarət Mərkəzlərində yerləşən şirkətlərin anbarlarında aparılmış əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həyata keçirilib.Belə ki, həmin əməliyyat vaxtı ölkəyə mal idxal edən şirkətlərin bir çoxunun vergidən yayınması, sənədlərin saxtalaşdırılması, idxal edilən malların miqdarının realda olduğu qədər göstərilməməsi və dəyərləndirilməməsi kimi faktlar üzə çıxıb. Bundan sonra Bakı şəhəri istiqamətində malların idxal-ixrac prosesini həyata keçirən əsas terminallar olan Qaradağ rayonundakı “İpək yolu” və “Abşeron” terminallarında, həmçinin Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Bildirilir ki, əməliyyat çərçivəsində terminalların rəhbər şəxsləri, həmçinin “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb.
Eyni əməliyyat zamanı Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayevin saxlanıldığı bildirilsə də, onun sonradan sərbəst buraxıldığı məlum olub. Belə ki, Gömrük Komitəsinin bütün elektron sisteminə cavabdeh və məsul şəxs olan İ.Babayevin izahatı alınıb. O, elektron sistemdə məlumatların dəyişdirilməsi və ya şübhələri ilə bağlı dindirilib.
Son zamanlarda Gömrük komitəsində baş verən hadisələr və generalların adlarının qanunsuzluqlarda hallanması sosial media və xalq arasında ciddi narahatçılıq doğurur.
Gömrük komitəsinin son dövrlərdə dövlət büdcəsinə ən çox vəsait ödəyən və şəffaf sistemlə işləyən bir qurum olduğunu deyə millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında bildirib ki, Komitənin özü də strukturun təmizlənməsinə vacib məsələ kimi yanaşır:
"Düşünürəm ki , məsələnin sonunu gözləmək lazımdır. İlk baxışdan kimisə ittiham etmək doğru deyil. İqbal Babayevin özü də bu sahədə ən yaxşı mütəxəssislərimizdən biridir və onun haqqında qaralayıcı kampaniya aparılması doğru deyil. Bütün hallarda Dövlət Təhlükəsizlik Xidməti də (DTX) öz üzərinə düşənləri layiqincə yerinə yetirir. Dövlət qurumlarında hansısa korrupsiya və yaxud qanun pozuntusu aşkarladıqda reaksiyasını verir. Bu hal umumi qurumların fəaliyyətinin daha da sağlamlaşmasına xidmət edən bir amildir. Məsələ ilə bağlı istintaq gedir və nəticələri gözləməliyik. Ola bilər ki, bu neqativ halları aşkara çıxarmaqla Komitə öz fəaliyyətində daha da şəffaflığı təmin etmək niyyətindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm