DGK-da Xəzər İsayev müəmması: Məzuniyyətə göndərilsə də... - YENİLƏNİB
Yusif Nəzərli
16:33 05.01.2023
Cəmiyyət
391
Polkovnik Xəzər İsayev vəzifəsindən kənarlaşdırılması ilə bağlı Qaynarinfo-ya münasibət bildirib. X.İsayev deyib ki, komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun sərəncamı ilə məzuniyyətə göndərilib:
"Yanvar ayının 23-də məzuniyyət müddətim bitəcək. Vəzifədə qalıb-qalmamağım həmin tarixdən sonra bilinəcək. Qanunvericiliyə uyğun olaraq mən məzuniyyətdə olduğum üçün baş direktor əvəzi, müavinim Adgözəl Rəcəbova həvalə olunub”.
Polkovnik DGK-nin sabiq sədri Səfər Mehdiyevlə aralarında olan söz-söhbətlə bağlı fikirlərə də münasibət bildirib:
"O, general idi. Mənim onunla nə söz-söhbətim ola bilər? Gedənin arxasınca da danışmazlar”.
15:52
Dövlət Gömrük Komitəsi (DGK) İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevin işdən çıxarılması ilə bağlı iddialar yayılıb.
“Qaynarinfo”nun məlumatına görə, polkovnik Xəzər İsayev vəzifəsinin icrasından kənarlaşdırılaraq, məzuniyyətə göndərilib.
Məlumata görə, Xəzər İsayevlə DGK-nın sabiq sədri Səfər Mehdiyevlə ciddi mübahisəsi olub. Mübahisənin yaranmasına səbəb isə İdman-Sağlamlıq Mərkəzində aparılan audit yoxlaması zamanı ciddi maliyyə pozuntularının aşkarlanması olub. Yoxlama zamanı 500 min manatdan artıq vəsaitin yoxa çıxması müəyyən edilib.
Bundan sonra Xəzər İsayev Səfər Mehdiyev tərəfindən vəzifəsinin icrasından uzaqlaşdırılsa da, rəsmi olaraq baş direktor vəzifəsindən kənarlaşdırılmayıb.
Son aylar gömrük orqanlarında aparılan yoxlamalar İdman-Sağlamlıq Mərkəzindən də yan keçməyib. Nəticədə polkovnik Xəzər İsayev yenə də öz hesabına məzuniyyətə göndərilib. Onun vəzifəsində qalıb-qalmayacağı bəlli deyil.
İdman-Sağlamlıq Mərkəzindən bildirilib ki, hazırda qurumun baş direktor əvəzi Adıgözəl Rəcəbovdur.
Xəzər İsayev özü telefon zənglərinə cavab verməyib.
DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə Xəzər İsayevin işdən çıxarılması ilə bağlı məlumatı təkzib edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə