
DİM DİN-ə qarışmasın!
Yusif Nəzərli
11:25 22.12.2022
Cəmiyyət
559
“Məleykə Abbaszadə imtahan prosesindəki problemlərlə məşğul olsun”
“Sürücülük məsələsi isə yol hərəkəti təhlükəsizliyinin əsas predmentindən biridir və yol polisi də bunun öhdəsindən uğurla gəlir”
Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik”.
Bunu APA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula bilərlər:
“Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq. Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk”.

Məsələyə münasibət bildirən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirib ki, bu təklif son 10 il ərzində müxtəlif insanlar tərəfindən dəfələrlə səsləndirilib:
“İlk dəfədir ki, DİM-in sədri bu məsələyə münasibət bildirərək “Biz bunu edə bilərik” deyir. Amma açıqlama dünən sosial şəbəkələrdə də müzakirə olundu və praktiki cəhətdən mümkünsüz olduğu üzə çıxdı. İnsanların sözlərinə görə tələbə qəbulu ilə bağlı kifayət qədər qüsurlar var. Yaxşı olar ki, Məleykə Abbaszadə onlarla məşğul olsun.
Sürücülük məsələsi isə yol hərəkəti təhlükəsizliyinin əsas predmentindən biridir və yol polisi də bunun öhdəsindən uğurla gəlir. Düzdür, razılaşmaq lazımdır ki, sürücülük imtahanı ilə bağlı müəyyən təkminləşdirmə işlərinə ehtiyac var.
Bu həm də Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən dövlət proqramında da öz əksini tapıb. İmtəhanı daha şəffaf şəkildə keçirmək üçün, nəticələr sürücüyə deyilsə, ona səhvləri bildirilsə, işlək olmayan suallar praktiki suallarla əvəzlənsə, daha yaxşı olar.
Ümumiyyətlə, nəzəri imtahanı bir qurum, praktiki imtahanı isə digər qrumun tədbiq etməsi gülüncdür. Hətta Məleykə xanımın özü də texniki avadanlıqlarının və meydançalarının olmadığını etiraf edib. Bu səbəblə DİM-in öz problemlərini yoluna qoyduqdan sonra təşəbbüs irəli sürməsi daha yaxşı olar. Çünki hərbi xidmətdə olan ali təhsillilərin yetəri qədər problemi var.
Onların bəziləri hətta diplomu vaxtında təqdim edə bilmədikləri üçün əlavə 6 ay xidmət etmək məcburiyyətində qalır. Yaxşı olar ki, DİM imtahanı hazırladıqdan sonra da Elm və Təhsil Nazirliyi ilə birlikdə işlər görsün və insanların problemlərini həll etsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya