Din ilahiyyat və mənəviyyat hadisəsidir
Məlahət Rzayeva
07:45 15.04.2021
Cəmiyyət
909
"Dini dəyərlərimizin qorunması məqsədilə də ondan şəxsi istəkləri üçün istifadə edənlərin qarşısı qanunla alınmalıdır"
Azərbaycanda dini ekstremizmin təbliğinə yönəldilmiş fəaliyyət qadağan olunur. Bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir.
Dəyişikliklə qanunun 1.3-cü maddəsinə yeni altıncı və yeddinci hissələr əlavə olunur. Layihəyə əsasən, dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.
Digər bir dəyişikliklə isə kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.
Qanuna sözügedən dəyişikliklərlə bağlı “Şərq”ə rəyini bildirən millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu qeyd etdi ki, din-cəmiyyət münasibətləri həmişə öz aktuallığı ilə seçilib. Və cəmiyyətin inkişafının müxtəlif mərhələlərində bu münasibətlərin qanunla nizamlanmasına ehtiyac yaranır:
- Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycanda etiqad azadlığı hər bir vətəndaşa tanınan konstitusion hüquqdur və onun toxunulmazlığı qanunla qorunur. Ölkəmizdə multikultural mühit təkcə sosial-mənəvi kontekstdə deyil, həm də dini tolerantlıq və dözümlülük mühitində mövcuddur. Ancaq bəzən bütün cəmiyyətlərdə dinin müxtəlif qüvvələr tərəfindən istismar olunması və hətta ondan siyasi məqsədlər üçün istifadə edilməsi hallarına da rast gəlinir. Belə hallar dindən ekstremizm vasitəsi kimi istifadə etməyə qədər gətirib çıxara bilir. Ona görə də dindən başqa məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Din hər şeydən öncə ilahiyyat və mənəviyyat hadisəsidir. Onu adiləşdirib zərərli məqsədlər üçün istifadə edilməsinə yol vermək olmaz. Din müqəddəsdir. Məhz elə dini dəyərlərimizin qorunması məqsədilə də ondan şəxsi istəkləri üçün istifadə edənlərin qarşısı qanunla alınmalıdır.
H.Babaoğlu bildirdi ki, qəbul edilməsi nəzərdə tutulan qanun da elə buna xidmət edəcək:
- Biz eyni zamanda bilirik ki, din sırf sosioloji kontekstdə hər nə qədər fərdi hadisədirsə, bir o qədər də kütləvidir. Yəni dinin idrak edilməsi ayrı-ayrı fərdlərin dərketmə hadisəsidirsə, onun rituallaşması və ayinləşməsi artıq kütləvidir.
Ona görə də kütləvi şüurda, yəni ictimai şüurda din obyektiv əsaslarda formalaşmalıdır. Bu çox vacibdir. Çünki məqsədindən yayındırılan hər hansı ideologiya cəmiyyətin ümumi maraqlarına zidd olan nəticələrə gətirib çıxara bilir.
Ona görə də yeni qanun bütün bunların müqəddəs dinimizin və cəmiyyətimizin maraqlarının lehinə nizamlanması üçün yaxşı hüquqi baza ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol