"Dini abidələrimiz yenidən bərpa olunur"
Fidan Həmişəyeva
13:06 05.05.2021
Cəmiyyət
761
“Dini abidələrin qorunmasında Heydər Əliyev Fonudunun misilsiz xidmətləri var”
Milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların təbliğində Heydər Əliyev Fondunun gördüyü işlər dövlətvə xalqımız üçün böyük töhfədir. Hər zaman müxtəlif dinlərə məxsus abidələrin yenidən həyata qaytarılmasında Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsləri sərhəd tanımır.
Bu il ən vacib fəaliyyət istiqamətlərindən biri azad olunmuş ərazilərimizdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpasıdır. Şuşadakı kilsənin təmiri, ermənilərin dağıtdığı və təhqir etdiyi məscidlərin fonunda kilsənin təmiri Azərbaycanın tolerantlığının göstəricisidir. Heydər Əliyev Fondu müxtəlif ölkələrdə tarixi-mədəni və dini obyektlərin bərpası, Azərbaycanın ümumbəşəri irsinin qorunub-saxlanmasında mühüm töhfələr verib.
Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Sherg.az”a bildirib ki, tarixi torpaqlarımızdakı mədəni irsimizə məxsus abidələr, hətta dinimizə aid olmayan məbədlərin yenidən inşası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir:
“Qalib sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun peşəkar formada 44 günlük uğurunu gördük. Torpaqlarımız şəhidlərimizin qanları hesabına azad olunduqdan sonra, orada erməni vandalizmi nəticəsində dağıdılan, mədəni-tarixi abidələrimizin və müqəddəs ziyarətgahlarımızın viran qoyulduğunu gördük. Azərbaycan dünyəvi ölkə olsa da, dövlət başçımız İlham Əliyevin özü milli-mənəvi və dini abidələrimizi yenidən inşası xalqımız üçün qürurvericidir”.
S.C.Əzimbəylinin sözlərinə görə, nəinki işğaldan azad edilən torpaqlarımızda, Bakıda və digər əyalətlərdə tarixi və dini abidələrimizin inşasında Heydər Əliyev Fondu mühüm işlər görür:
“Fondun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın təəssübkeşliyi qəlbimizə başqa bir fərəh verir. Tarixi və dini abidələrin bərpası, mühafizə olunub qorunmasında Heydər Əliyev Fonudunun misilsiz xidmətləri var. Hər kəs Heydər Əliyev Fondunun mədəni irsimizin birbaşa mühafizə olunmasından qürurla danışır. Prezident və Birinci xanımın Şuşada “Gövhər Ağa” məscidi, Ağdamda “İçərişəhər” məscidini ziyarət edib, dini qaydalara uyğun olaraq iştirak etməsi dinimizin hökmlərinə uyğun davranışdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm