
Dövlət qurumlarına sərt TƏPKİ:“Yolların qarını yaşlı qadınlara təmizlədirlər”
Dövlət qurumlarına sərt TƏPKİ:“Yolların qarını yaşlı qadınlara təmizlədirlər”
Yusif Nəzərli
12:20 09.01.2023
Cəmiyyət
399
"Qarlı havada yolların buz örtüyünü əritmək üçün duz səpilməsi həyata keçirilir. Buna görə adiyyəti qurumlar bəzi yerlərdə yağıntıdan əvvəl şou xarakterli açıqlamalar verdilər. Guya hər yeri nəzarətə götürüblər".
Bu sözləri "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı şəhərətrafı yolların duzlanmaması ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, müşahidə olunan nəzarət mərkəzi küçələrdən ibarətdir:
"Məhəllə daxili və alternativ yollar gözdən kənar qalır. Artıq 10 ildir, bu məsələ davam edir. Hər il eyni yanaşma ilə problemi aradan qaldırdıqlarını bildirirlər. Bir neçə küçədən başqa digər yerlərə baxış keçirmirlər. Ölkənin vəzifəli şəxslərinin keçdikləri yerləri nəzarətə alaraq, adiyyəti qurumların işlədiklərini nümayiş etdirirlər. Paylaşdıqları fotolar, etdikləri çıxışların hamısı nağıldır. İnsanların hər biri vəziyyəti görüb, başa düşür.

Buna görə də bu gün bir çox vətəndaş getdiyi ünvana avtomobilsiz yollanıb. Müvafiq dövlət təşkilatlarının nümayəndələri, işçiləri və rəhbər şəxslərinə kiminsə yolda qalması maraqlı deyil. Hər il müəyyən qədər vasait ayrılır və texnikalar alınır. Lakin bunun bir əhəmiyyəti olmur. İndi yolların qarını yaşlı qadınlara təmizlədib, texnikaları isə bəlli ərazilərdə yerləşdirirlər. Həmin yollardan başqası duzlanıb, təmizlənmir".
Ekspert sonda onu da diqqətə çatdırıb ki, Bakı şəhər İcra Hakimiyyəti , Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,bu işi bacarmırsa, o zaman yerli idarəetmə orqanlarına imkan vermək lazımdır:
“Bələdiyyələr bu işi öz üzərlərinə götürə bilərlər. Hər biri öz ərazisini və edəcəyi işi yaxşı bilir. Ümümi şəhər İcra hakimiyyəti bu məsələnin öhdəsindən gələ bilmir”.
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol