Dronların ölkəyə gətirilməsi asanlaşa bilər? - AÇIQLAMA
Yusif Nəzərli
13:23 27.01.2022
Cəmiyyət
623
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu il dronların ölkəyə gətirilməsi və radioelektron vasitələrin qeydiyyatı prosedurlarını sadələşdirməyi planlaşdırır.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda seminarda bildirib.
“Bürokratik əngəllər bu gün yeni texnologiyanın qarşısını alır, ona mane olur. Bu il hədəf kimi qarşımıza dronların ölkəyə gətirilməsi kimi məsələlərin sadələşdirilməsini qoymuşuq”, - R. Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, prosedurların sadələşdirilməsi üçün ilk olaraq rəqəmsallaşmaya gediləcək:
“Mümkün qədər sadələşdirməyə getməyi nəzərdə tutmuşuq. İlk addım rəqəmsal transformasiyanın tətbiqidir. Texnologiyanı tətbiq etməyən, ona əli çatmayan bir startapçı hansı yeni texnologiya yaradacaq?! Eyni bir problem radioelektron vasitələrin qeydiyyatı ilə bağlıdır. Adi, elementar radioqəbuledicilərlə bağlı məsələni deyək. Onların ölkəyə gətirilib qeydiyyata salınması üçün bizim nazirliyin 3 qurumuna müraciət etmək lazımdır. Bununla yanaşı, kənar qurumların da razılığı tələb olunur. Bu isə sahibkarların 2-3 ay vaxtını alır. Artıq onunla da bağlı konkret istiqamətlər müəyyən edilib. Burada həm prosedurların sadələşdirilməsi, həm onların vahid portal üzərindən onlayn müraciət əsasında həyata keçirilməsi daxildir və bu il üçün bu prosesi tam həyata keçirməyi düşünürük”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat