Ziyalı, diplomat, milli fikir adamı, professor Nəsib bəy Nəsiblini 70 illik yubileyidir.
Nəsib bəy çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus yeri olan ziyalılardandır. Onun ömür yolu elmə, təhsilə, dövlətçilik düşüncəsinə, milli məfkurəyə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edən zəngin bir fəaliyyət salnaməsidir.
Şərqşünas və tarixçi kimi elmi axtarışları, diplomat kimi beynəlxalq təcrübəsi, pedaqoq kimi yetişdirdiyi nəsillər, parlamentar kimi ictimai-siyasi fəaliyyəti və poliqlot kimi müxtəlif dillərə hakimliyi onun şəxsiyyətinin miqyasını müəyyənləşdirən mühüm cəhətlərdəndir.
Nəsib bəy Nəsiblini bütün bu titul və vəzifələrdən daha çox, milli düşüncəsi, prinsipial mövqeyi, ziyalı məsuliyyəti və sözə münasibəti ilə xarakterizə etmək olar. O, milli fikir adamı kimi hər zaman Azərbaycanın dövlətçilik maraqlarını, tarixini, mədəniyyətini və milli dəyərlərini önə çəkən ziyalılarımızdan biri olub.
“Şərq” qəzeti olaraq Nəsib bəyə 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Nəsib bəyi Azərbaycan ictimai fikir tariximizdə, elm və təhsil mühitində, milli düşüncənin formalaşmasında xidmətlərini yüksək qiymətləndiririk. İnanırıq ki, bundan sonra da zəngin təcrübə və dəyərli fikirləri cəmiyyətimizə, xüsusilə gənc nəslin milli düşüncə və dünyagörüşünün inkişafına mühüm töhfələr verəcək.
Bu əlamətdar yubiley günündə Nəsib bəyə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, elmi və yaradıcılıq fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
70 illik yubileyiniz mübarək olsun, hörmətli Nəsib bəy!
“Şərq” qəzetinin kollektivi