Ən brend markalı içkilərin də saxtası hazırlanır - Ehtiyatlı olun !
Məlahət Rzayeva
07:23 14.03.2020
Cəmiyyət
959
İranda “koronavirusun qarşısını alır” şayiəsi ilə saxta spirtli içkiləri içib zəhərlənənlərin sayı 500-dən çoxdur, ölən şəxslərin sayı isə 70-i ötüb.
Bu barədə İRNA-ya müsahibəsində Əhvaz Səhiyyə Elmləri Universitetinin mətbuat katibi Əli İhsanpur danışıb. Xuzistan ostanında 6 martdan bu yana saxta içkidən zəhərlənən 502 nəfər xəstəxanalara müraciət edib.
İhsanpur Xuzistanda saxta spirtli içkidən ölənlər arasında hətta 15 yaşlı uşağın da olduğunu deyib.
“Bəzi işbazlar spirtin koronavirusun müalicəsində təsirli olması barədə şayiələr yayıblar. Spirtin koronavirusun müalicəsi prosesində heç bir rolu yoxdur” – İhsanpur bildirib.
Əhvaz şəhəri baş prokuror müavini Əli Beyranvend saxta içki istintaqı ilə bağlı 17 nəfərin saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, hazırda dünyada pandemiya elan edilmiş koronavirusdan qorunmaq yollarından birinin də spirtdən tez-tez istifadə olduğu bildirilirdi. Bir çoxları spirtdən dezinfeksiyaedici kimi istifadə etməklə yanaşı, spirtli içkilərin qəbulunun da viruslardan, eləcə də təhlükəli koronavirusdan qoruduğunu iddia edirdilər.
Rusiya Səhiyyə Nazirliyinin baş psixiatr-narkoloqu Yevgeni Bryun isə alkoqollu içkilərin koronavirusdan qorumadığını bildirib: “Bu, sadəcə yanlış fikir deyil, cinayət düşüncəsi astanasında olan bir mifdir. Soyuqdəymə, qrip, koronavirus zamanı heç bir spirtli içki içməyin, bu, ürəyə bir yükdür, ürəyi dayandırır”.
Həkim onu da qeyd edib ki, soyuqdəymə zamanı ürəyə çox yük düşür və həkimlər də buna görə hər zaman deyirlər ki, soyuqdəymə olanda hamama getməyin.
Xatırladaq ki, koronavirus həyəcanının başladığı ilk zamanlarda həkimlər spirtli içki qəbulunun virusdan qorumadığını, əksinə, orqanizmi gücdən saldığını, nəticədə virusa yoluxma riskinin artdığını bildirirdilər. Yəni, koronavirusdan qorunmaq üçün spirt, həmçinin də spirtli içkilərin heç bir effekti yoxdur. Buna baxmayaraq şayiə xarakterli məlumatlar əhali arasında çaşqınlığa səbəb olur və bəziləri spirtli içki sayəsində koronavirusdan qoruna biləcəklərini zənn edərək mağaza və marketlərə üz tuturlar. Bu da işbazların, saxta içki istehlakçılarının bazarını genişləndirir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında qeyd etdi ki, hazırkı şəraitdə vətəndaşlar saxta içkilərlə bağlı ehtiyatlı olmalıdır:
- Xatırlayırsınızsa, il yarım əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi spirtli içki bazarında vəziyyətə dair məlumat açıqladı. Və məlum oldu ki, satışda saxta içkilər var. Hətta ən brend markalı spirtli içkilərin də saxtası istehsal olunub bazara çıxarılır. Vaxtaşırı saxta içki istehsalçıları müəyyən edilir, lakin bir qədər sonra onlar yenidən meydana çıxır, saxta məhsullarını “brend” adı altında vətəndaşlara satırlar. Bunlar hamısı bəzi biznes qurumlarının fırıldaqlarıdır. Allah-təala “Qurani-Kərim”də spirtli içkini haram buyurub. Mən indi bunu daha aydın başa düşürəm, niyə Allah-təala bəndələrini spirtli içkidən uzaq olmağa səsləyib. Çünki spirt qıcqırma nəticəsində əmələ gələn məhsuldur. Hətta onu da deyim ki, Çində nəcis və idrardan da spirt əldə edirlər. Bu günlərdə mənə Biləsuvardan bir vətəndaş zəng edib dedi ki, orda aptekdən spirt alıb, çox kəskin, üfunətli qoxusu var. Mən əhaliyə xəbərdarlıq edirəm ki, belə məhsullardan uzaq olsunlar, “koronavirusdan qoruyur” şayiəsinə inanıb saxta içkiləri almasınlar, spirtli içkilərə meyl etməsinlər. Əhali belə məhsullardan uzaq olmalıdır. Hesab edirəm ki, ölkədə saxta spirtli içki, eləcə də saxta spirt məhsullarına nəzarət DİN-ə tapşırılmalıdır. Əlaqədar orqanlar saxta məhsul alverçilərini müəyyən edib cəzalandırmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya
Yermak azadlığa çıxır: 140 milyon girov ödənildi
10:54 18.05.2026
Dünya
Daha bir itkin-şəhid dəfn ediləcək
10:52 18.05.2026
Cəmiyyət