Ermənistanın “pultu” Kremlin əlində: Sabitlik, yoxsa xaos? – ŞƏRH
Banuçiçək Kalbalıyeva
13:14 12.03.2021
Cəmiyyət
564
“Hər şey Paşinyanın özünü necə aparmasından asılıdır”
“Baş nazir Rusiyanın istədiyi kimi davranacağı təqdirdə, “sular durulacaq””
“Baş nazir Rusiyanın istədiyi kimi davranacağı təqdirdə, Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Baş nazirini, parlament fraksiyaları liderlərini və “Vətənin xilası hərəkatı”nın nümayəndələrini martın 13-də görüşə dəvət edib. Bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. A.Sarkisyan qeyd edib ki, ölkədə siyasi böhran davam edir, vəziyyət gərgin olaraq qalır və bütün bunlar dövlət və dövlətçilik üçün geri dönməz nəticələrə səbəb ola bilər.
Onun sözlərinə görə, bir çox problem var və bunların həlli konstitusiya və qanunvericilik daxil olmaqla təcili və sistem dəyişikliklərini tələb edir. Ermənistan prezidenti deyib ki, həm iqtidar, həm də müxalifət mövqelərini dəfələrlə ifadə etsələr də, ancaq qarşılıqlı anlaşma və görüşmək istəyi yoxdur.
Vəziyyəti müzakirə etmək və aradan qaldırmaq, həll yolları tapmaq üçün prezident baş naziri, parlament fraksiyaları liderlərini və “Vətənin xilası hərəkatı”nın nümayəndələrini öz iqamətgahında görüşə dəvət edib. O, problemlərin həlli yolunun danışıqlar və dialoq olduğuna əmin olduğunu deyib.
Ermənistandankı vəziyyət göz önündədir. Prezidentlə baş nazir arasındakı ədavət vəziyyətin nə yerdə olduğunu görmək üçün kifayətdir.
“Ağ” Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədi rəsmi İrəvandakı situasiyaya dair fikirlərini “Sherg.az”la bölüşdü. Onun qənaətinə görə “pult” Kremlin əlindədir:
“Parlament üsul- idarəsinin belə problemləri var. Ermənistanda üçtirəlik yaranıb- bir tərəfdə prezident, bir tərəfdə baş nazir, bir tərəfdə isə baş qərargah rəisi. Paşinyan özü də prezident-üsul idarəsinin daha yaxşı olduğunu etiraf edir. Əgər Moskva maraqlı olsa, sabitlik bərpa olunacaq. Əks halda xaotik durum davam edəcək. Hər şey Paşinyanın özünü necə aparmasından asılıdır. Baş nazir Rusiyanın istədiyi kimi davranacağı təqdirdə, “sular durulacaq””.
Ə.Məmmədlinin sözlərinə görə, vəziyyət hələ ki, mövcud iqtidarın xeyrinədir:
“Onu da deməliyik ki, Rusiya heç də Ermənistan daxilindəki bütün məsələlərə nəzarət edə bilmir. Hətta Moskvanın təsiri altında olan qüvvələr də onun sözünə qulaq asmaq istəmirlər. Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında isə ciddi uçurum var. Amma baş nazirin tərəfdarları daha çoxdur. Hər halda o, mitinqə daha çox adam çıxarır. Bu isə o deməkdir ki, Paşinyan hələ ki, hakimiyyətini qoruya bilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya