Feminizmin “f”-sı, Konvensiyasının “k”-sı, intihara cəhd edən Aysel
09:58 10.03.2020
Cəmiyyət
1048
24 yaşı var Ayselin. Kifayət qədər yetkin yaşdır. Və bu gün bu yetkin qız, özünü 3-cü mərtəbədən atdı, intihara cəhd etdi.
Mən Ayseli tanımıram. Bakıda keçirilən qanunsuz 8 mart aksiyası zamanı fotolarını görmüşəm. Hə, əlində o məşhur şüarla.
Fotodan hiss olunur ki, enerjilidir, həyatsevərdir hətta özünəməxsus tələbləri də var.
Bəli, Aysel tələb edir. Bu, onun haqqıdır. Amma Aysel nəyi tələb etdiyinin fərqindədirmi? Məhz həmin gün, həmin saat, həmin anı deyirəm.
Heç olmasa nəyi təbliğ etdiyini anlayırmı? Qadın azadlığı adı altında heç bir mənəvi və ailə dəyərinə sığmayan hansı şüarı qaldırdığını bilirmi? Bəlkə iki gündən sonra anlayıb nələr etdiyini?
Allah Ayseli qoruyacaq, əminəm. Gəncdir, gələcəyi qarşıdadır. Amma iki gündür bir məqamı unuda bilmirəm. Ümumiyyətlə, bu aksiyanı kim təşkil edib? Məqsədləri nə imiş? 17-18 yaşlı bu uşaqları kim töküb küçələrə? Bu mənəviyyatdan çox uzaq plakatları kim hazırlayıb o uşaqlar üçün? Ayseli və onun kimilər nə etdiklərinin mahiyyətini dərk edirlərmi? Və hansı gizli qüvvət onları cəmiyyətin haqlı hədəfinə gətirib. İraq olsun, Ayselə bir şey olsa, buna görə kim - bəlkə də kimlər - məsuliyyət daşıyacaq?
Hüquq müdafiəçisi Mehriban Zeynalovanın, - deyəsən sosial şəbəkələrdə idi,- bir maraqlı fikrini oxudum: “Aksiya qadınlara qarşı şiddətə aid idisə, plakatlardakı çağırışlar əksinə şiddətə sövq edən idi. Yox əgər, stereotiplərə qarşı idisə, məncə, bunu normal dildə fərqli çağırışlarla etmək olardı. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair Konvensiya belə, hər bir ölkənin adət-ənənəsi və mədəni mühitinə hörmətlə yanaşmağa çağırış edir. Hərdən Beynəlxalq sənədləri də oxuyun”.
Ürəyimin dərinliyində də bilirəm ki, həmin gün aksiya keçirilənlərin böyük əksəriyyətinin feminizmin “f”-sından İstanbul Konvensiyasının “k”-sından xəbəri yox idi.
İstanbul Konvensiyası kimi tanınan sənədin tam adı “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”dır. Bu sənəd Avropa Şurası Parlament Assembleyasında qəbul edilməklə 2011-ci il mayın 26-da Türkiyənin İstanbul şəhərində imzaya açıq elan olunub. Bu səbəbdən bu konvensiyanı “İstanbul Konvensiyası” da adlandırırlar.
Konvensiya özündə ehtiva edir: “Qadınlara qarşı zorakılıq”, “Məişət zorakılığı ilə mübarizə sahəsində qurbanları müdafiə yolları”, “Qabaqlayıcı tədbirlər”, “Şiddət törədənlərin məsuliyyətə cəlb olunması”, “Milli qanunvericiliyi səmərəli müdafiəni təmin edəcək şəkildə təkmilləşdirmək”, “Bu sahədə effektiv standartlar yaratmaq” və bu sahədə siyasətlərin formalaşdırılması.
O ki qaldı əllərdəki şüarlara orda feminizmin imitasiyası baş verirdi. Aksiyanın açıq mesajı Azərbaycan ailə institutunun dağılmasına yönəlik idi. Bu o qədər aydın görünürdü ki, gizlətməli də mümkünsüz idi.
Bəlli, bəzi Qərb institutları Azərbaycanda əsrlərə oturuşmuş və ailə institutunu, toxunulmaz dəyərləri sıradan çıxarmağı hədəfləyib, bu prosses illərdir bəzi QHT-lərin və xarici donorların qrantları hesabına aparılır. Feminizm hərəkatı adı altında türk-islam mənəvi dəyərlərini özündə birləşdirən dəyərlərin əleyhinə total təbliğat aparılır. Azərbaycanda feminizmin Qərbdəki ki inkişafı üçün real baza mövcud deyil. Ölkədə qadınların hüquqları bütün müstəvilərdə qorunur. Azərbaycan dünyada qadınlara seçki hüququnu tanıyan ilk ölkələrdən biri kimi tarixdə yer alıb. Nəhayət, budur Milli Məclisin sədri qadın oldu - Sahibə Qafarova. Hansı diskriminasiyadan danışdığınızın fərqindəsinizmi?
Son aksiyadan sonra birdəfəlik anlamalıyıq ki, bura Azərbaycandır və milli-mənəvi dəyərləri ayaq altına atmaqla uzağa getmək olmaz. Və bu cür biabırçı şüarlar isə qadın hüquqları müdafiəsini də gözdən salır.
İndi isə gözlər Ayselə, Allah ona şəfa versin!
Səbuhi Məmmədli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur