
“Gəlinliklə girilən evdən kəfənlə çıxırlar” - Psixoloq stereotipləri sındırır
Yusif Nəzərli
09:36 21.01.2022
Cəmiyyət
753
Ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 50 890 nikaha daxilolma və 15 659 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Məlumata əsasən , əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Xatırladaq ki, 2020- ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanma səviyyəsi isə 1,5 faiz təşkil edib.Mövcud statistik rəqəmlər göstərir ki, artıq bu istiqamətdə həyəcan təbili çalmağın vaxtıdır. Maraqlıdır,şəxsləri boşanmaya sövq edən başlıca səbəblər nələrdir?

Psixoloq Əfsanə Rüstəmova fərdlərin boşanma səbəblərindən “Sherg.az”a danışarkən bildirib ki, insanlar rasional olaraq uğrunda mübarizə aparacağı evliliyin ona xoşbəxtlik vəd etmədiyini anladığı zaman qapını çırpıb həmin evdən çıxır:
“Doğru olan bəlkə də, budur. Ortaq olmayan dəyər vahidləri ilə, nəyinsə xətrinə davam edən ailələr əvvəla iki insanın və daha sonra əgər varsa, övladlarının həyatı məhv edirlər. Kiminsə xoşbəxtliyi üçün öz həyatının üstündən xətt çəkən adam qarşısındakına da hər zaman öz doğrusunun ən müqəddəs olduğunu aşılamağa çalışacaq”.
Psixoloq boşanma qərarı alan fərdlərin heç kəsin kənarda qucaq açıb onları gözləmədiyini anlamasının vacib olduğunu vurğulayıb:
“ Boşanmada hər iki tərəf anlayışlı olsa da, bu şəxsin qurulmuş düzənin dəyişdiyi, onun aid olduğu yerdən qopduğu bir dönəmdir və mütləq ki, ağrılıdır. Əlbəttə, hər kiçik hadisə boşanma ilə nəticələnməməlidir. Lakin bəzən boşanmaq üçün ən xırda hadisə belə qığılcım ola bilər”.
Ə.Rüstəmova görə, iki tərəfin başda verdikləri vədlər gəlinliyi və bəy kostyumunu çıxaran anda yox olur və o andan lazımsız məişət qayğıları başlayır:
“Lazımsız deyirəm, çünki heç bir qayğı xoşbəxtliyə əngəl olmamalıdır.Təəssüflər olsun ki, bizlər “saçını süpürgə etmiş” bir nəslin övladlarıyıq.Bizdə boşanmaq toplumun dəyərlərinə qarşı gəlmək kimi təqdim olunur. Və bəzən sözün həqiqi mənasında gəlinliklə girilən evdən kəfənlə çıxırlar”.
Psixoloq boşanma hallarında toplumun roluna diqqət çəkib:“ Bizdə toplum şəxsi arqumentləri dinləmir.Toplum üçün sənin xoşbəxt olmağın maraqlı deyil.O daha çox neçə ər və arvadın olması ilə maraqlanır.Bu yanaşmanı yığışdırıb şəxslərin nigahdan sonra xoşbəxt olmağına fokuslansaq, əmin olun ki, boşanma faizi daha çox olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat