Goranboyda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub - FOTO
Yusif Nəzərli
16:21 13.01.2022
Cəmiyyət
1256
Goranboy şəhər 1 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Məktəb binası 1937-ci ildə tikilib, 40 sinif otağından ibarət olub. Ötən müddət ərzində məktəbin binası fiziki köhnəldiyindən və istifadəyə yararsız vəziyyətə düşdüyündən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 700 şagird yerlik yeni bina inşa edilib.
Trend xəbər verir ki, üç mərtəbəli bir korpuslu məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.
1977-ci ildən məktəbdə çalışdığını bildirən müəllimə Möhtərəm Məmmədova əvvəlki binanın tədris üçün yararsız olduğunu deyərək, bunun şagirdlərin təhsilinə də mənfi təsir göstərdiyini söyləyib. “Lakin bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbimizin binası müasir standartlara yenidən inşa edilərək istifadəyə verilib. Buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sonsuz təşəkkür edirik. Söz veririk ki, şagirdlərin keyfiyyətli təhsil alması, vətənpərvər ruhda böyüməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə o vurğulayıb.
Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları var.
Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Belə yüksək təmirli məktəb binasında təhsil alan şagirdlərdən biri də birinci sinif şagirdi Aylin Novruzludur. O da digər şagirdlər kimi belə bir sevincli gündə valideynləri ilə məktəb binasının açılışına gəlib.
“Çox sevinirik. Artıq doğma məktəbimizdə oxuyacağıq. Bundan sonra daha yaxşı oxuyacağıma söz verirəm”, - deyə Aylin bildirib.
Müəllim və şagirdlərin sevincinə valideynlər də şərik olublar. Onlar belə yüksək təhsil şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, eləcə də əməyi keçən hər kəsə minnətdarlıqlarını ifadə ediblər. Onlarla söhbət zamanı uşaqlarının təhsilli, Vətənə layiqli övlad kimi böyüyəcəklərinə əmin olduqlarını deyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat