Goranboyda partlayan minanın 1991-1994-cü illərdə orda qaldığı ehtimal olunur - Hərbi ekspert
12:31 19.01.2022
Cəmiyyət
968
Dünən Goranboy rayon sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb. O, xəstəxanaya yerləşdilib və ayağı amputasiya edilib. Hazırda vəziyyəti orta ağırdır.
İkinci Qarabağ savaşından sonra işğaldan azad edilmiş ərazilərdə insanların minaya düşməsi hallarının çox şahidi oluruq. Çünki düşmən qarış-qarış torpaqlarımızı minalayıb. Bəzən vətəndaşlarımız da ehtiyatsızlıq edərək bu minaların qurbanı olurlar. Biz eyni zamanda Qarabağa aid olmayan digər rayonlarda da belə hadisələrin baş verdiyini görürük. Maraqlıdır, bəs bu minalar hardandır?
Hərbi ekspert Ruslan İmamquliyev mövzunu “Sherg.az”a dəyərləndirərkən bildirib ki, müstəqilliyimizi elan etdikdən bəri Azərbaycan ərazisində müxtəlif döyüşlər olub və Goranboy rayonu da bu cür döyüş sahəsinə cəlb olunan ərazilərdəndir:“Bu cür minaların 1991-1994-cü illərdə orda qaldığı ehtimal olunur. Təssüf ki, onlardan biri də vətəndaşı qarsısına çıxıb və nəticədə belə xoşagəlməz hadisə baş verib. Müxtəlif dövrlərdə İkinci Dünya müharibəsindən qalmış minalara da rast gəlib həyatını itirən insanlar olub”.
Hərbi ekspert Goranboy rayonun müstəqilliyimizin ilk dövrlərindən erməni təcavüzkarlarına qarşı mücadilənin geniş miqyasda aparıldığı bir ərazi olduğunu diqqətə çatdırıb: “Fikrimcə, o dövrlərdən qalmış minaların indi vətəndaşlarımızın qarşısına çıxması onu deməyə əsas verir ki, biz yenidən bəzi ərazilərə baxış keçirməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat