“Görünmədən görmək, ölmədən dönmək”
Yusif Nəzərli
02:28 14.06.2022
Cəmiyyət
764
Düşməni susdurmağa bir atəş bəs edir
Azərbaycanın relyefinə uyğun olaraq snayper mütəxəssisləri yetişdirilir
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir. Müdafiə Nazirliyinin məlumatına görə, təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.
Məlumat üçün bildirək ki, snayperlər xüsusi adamlardır. Snayperin əsas keyfiyyətləri sərhədsiz səbir, gözə görünməmək qabiliyyəti və hadisələri intiusiyanın köməyi ilə öncədən təxmin etmək bacarığıdır. Bir snayper atəşi üçün vacib şərtlər var. Yaxşı və sərraf atıcı olmaqla yanaşı dözüm, hazırlıq, səbir və həftələrlə gözləmə bacarığı lazımdır.
Snayperlər barədə “Düşmənlər qorxur, dostlar hörmət edir” deyirlər. Snayperlərin dəyəri yalnız düşmənə vurduğu zərərlə ölçülmür. Snayperin olma fikri düşmənlərə qorxu yaşadır, onların qərar və hərəkətlərinə təsir edir.
Snayper sənəti zamanla fövqəladə bir şey kimi görünür, hissiyyat və öncədən görmə qabiliyyəti isə mistika ilə sərhədlənir, amma snayperlər barədə əfsanələr, nə qədər inanılmaz olsa da real faktlara əsaslanır.
“Şərq”ə açıqlamasında Azərbaycanda snayperlərin peşəkarlıq səviyyəsini yüksək dəyərləndirən hərbi analitik Alp Arslan İmamqulu deyib ki, Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması istiqamətində müntəzəm addımlar atılır. Xüsusən də Qarabağ müharibəsində əldə olunan hərbi nailiyyətlərdən sonra bu sahənin daha da inkişaf etdirilməsinə xüsusi diqqət və maraq göstərilir:
“Bilirsiniz ki, Vətən müharibəsindən dərhal sonra ordumuzun Türkiyə ordusu modelində daha da təkmilləşdiriləcəyi ilə bağlı çox ciddi addımlar atılır. Bu istiqamətdə görülən işlərdən biri də komando briqadalarının yaradılmasıdır və bu, çox önəmli bir dəyişiklikdir. Bu bölmələrdə olan hərbçilər üçün əsas götürülən meyarlardan biri də peşəkar atıcılıq qabiliyyətidir. Hər bir fərd üçün snayper silahlarından istifadə etmək əsas şərtlərdən biridir. Paralel olaraq, digər ordu birləşmələrində də snayper bacarıqlarının artırılması və peşəkar mütəxəssislərin yetişdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılır. Buna səbəb Azərbaycan ərazisinin relyefində dağlıq və yüksəklik hissələrin çoxluq təşkil etməsi ilə bağlıdır. Düşmənin terror xarakterli hücumlarının qarşısını ala bilmək üçün yüksək peşəkarlıq qabiliyyətli snayper mütəxəssislərinin yetişdirilməsi Azərbaycan Silahlı Qüvvələrinin əsas hədəflərindən biridir”.
Hərbi analitikin sözlərinə görə, orduda xidmət edən əsgərlər arasından snayperlərin seçimi zamanı atış qabiliyyəti yüksək olanlara daha çox üstünlük verilir: “Daha sonra isə dözüm, hazırlıq, səbir və həftələrlə gözləmə bacarığı kimi digər məziyyətlər əsas götürülür. Seçilmiş hərbiçilərə daha sonra Azərbaycanda və bizimlə müttəfiq olan bir sıra xarici ölkələrdə xüsusi kurslar keçirilir. Bu kurslardan keçən mütəxəssislər xüsusi əhəmiyyətli əməliyyatlara cəlb olunurlar.
Ordu sıralarında peşəkar snayperlərin xüsusi əhəmiyyətindən söz açan A.İmamqulu deyib ki, snayperlər düşməni uzaq məsafədən aşkarlayaraq məhv etmə bacarığına sahib olmalıdır:
“Onların əsas devizi “Görünmədən görmək, ölmədən dönmək”dir.
Onlar eyni zamanda ərazinin relyefinə uyğun kamüflaj olunmalıdır. Snayperlərin düşmənə qarşı göstərdiyi ən məqsədyönlü fəaliyyətlərindən biri gözlənilmədən onu dəf etmək imkanlarıdır. Nümunə olaraq, dərinliklərdə əməliyyatlar zamanı dəstək məqsədi ilə düşmənin snayperlər tərəfindən uzaq məsafədən zərərsizləşdirilməsi ciddi üstünlüklərdəndir.
Dövlət sərhədlərimiz delimitasiya olunmadığı üçün Kəlbəcər və Laçın istiqamətində düşmən tərəfindən həyata keçirilən təxribatlar məhz snayperlərimiz tərəfindən dəf edilir. Üçtərəfli bəyanatda öz əksini tapmasına rəğmən, Rusiya sülhməramlıları tərəfindən bir sıra təxribatların qarşısı alınmadığı üçün işğaldan azad olunan digər rayonlarımızda da düşmən terror aktlarına cəhd etməkdədir.
Məhz əvvəlcədən terroristlərin uzaq məsafədən aşkarlanması və məhv edilməsi də snayperlərin əhəmiyyətli töhfələrindəndir. Bu mənada snayper mütəxəssislərinin Azərbaycan Ordusunda rolu və əhəmiyyəti danılmazdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz