Həbslər vəzifəli şəxslərə mesajdır: “Qanunsuzluğun qarşısı alınır”
Şəymən Bayramova
11:27 05.05.2020
Cəmiyyət
784
“Hesab edirəm ki, bu həbs məsələsindən sonra çoxlarının yuxusu qaçıb, kürkünə birə düşüb”
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kadr islahatları bütün ölkə ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilir.
Məsələ ilə bağlı öz mövqeyini açıqlayan ictimai-siyasi xadimlərin fikrincə bu islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır.
Bu islahatlara şəxsən nəzarət edən Prezident öz çıxışlarında hər zaman bir məqamı vurğulayır ki, biz vətəndaşa ən yaxşı xidməti təqdim etməliyik ki, insanlarımız narazı qalmasın. Təəssüf ki, bəzi məmurlar ölkə başçısının xəbərdarlığına əməl etmir. Mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edən Ölkə prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi rayon mərkəzi xəstəxanasının baş həkimindən pul alırlar. Həm də ölkə rəhbərliyi səviyyəsində bu sahəyə ciddi nəzarət edildiyini, qanunsuz hallara dözümlülük nümayiş etdirilmədiyini bilə-bilə.
Bu barədə “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov hesab edir ki, hər kəs cəmiyyətdə öz əməlləri ilə tanınır. Bəzən bu kimi insanlar elə bilir ki, onların əməlləri gizli qalır və heç kimin bundan xəbəri yoxdur. Lakin uca Yaradan, Tanrımız hər şeyi görür. Hər bir insan elədiyi əməllərin cavabını alır.
Prezidentin illərdir, korrupsiyaya qarşı barışmaz mübarizə apardığını vurğulayan millət vəkili hesab edir ki, bəzi məmurlar Prezidentin bu bəyanatlarından nəticə çıxara bilmir:
"İstənilən qanunsuzluğunun qarşısı ciddi şəkildə alınır. Bu günə kimi həbs olunan icra başçılarının xoşagəlməz sonu digər vəzifəli şəxslərə bir mesajdır. Hesab edirəm ki, bu həbs məsələsindən sonra çoxlarının yuxusu qaçıb, kürkünə birə düşüb. Dövlət sənə yetəri qədər maaş ayırır və sən bunların çərçivəsində addım atmalısan. Bəzi məmurların aldıqları ev, maşın maaşlarına uyğun olmalıdır ki, sonra bu kimi hallarla rastlaşmasınlar. Əgər aldığın maaşından artıq nələrsə etmisənsə, deməli ya dövlətin, ya da vətəndaşın cibinə girmisən. Düşünürəm ki, həyata keçirilən bu islahatlar ibrətamiz və tərbiyələndirici tədbirlərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol