İlham İsmayılov: “Revanşist düşüncədə olan erməni millətçiləri "Şuşa Bəyannaməsi"ni dönə-dönə oxumalı və nəticə çıxarmalıdırlar”
Yusif Nəzərli
12:11 13.06.2022
Cəmiyyət
469
Keçən il İyunun 15-də Azərbaycanda Milli Qurtuluş günündə Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya ilk rəsmi səfər etdi. Ərdoğanın işğaldan azad edilmiş Şuşaya ilk səfərində iki qardaş ölkə arasında çox ciddi müttəfiqlik haqqında Bəyannamə imzalandı. Bu bəyannamə bütün sahələrdə müxtəlif əməkdaşlıq məsələlərini ehtiva etməklə, həm də dövlətlərdən birinə hücum olarsa, bu hərbi müdaxilənin digər qardaş ölkəyə hərbi təcavüz olması anlamına gəlməsi və birgə hərbi iştirakçılıqla bağlı idi. Müttəfiqlik haqqında imzalanmış bu müqavilə hər iki dövlətin parlamentində müakirə olunub və rəsmi şəkildə təsdiq olunub. Şuşa Bəyannaməsinin qəbulundan artıq bir il vaxt keçir. Bununla bağlı Şuşada rəsmi tədbirlərin də keçiriləcəyi ilə bağlı xəbərlər var.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Şuşa Bəyannaməsinin əhəmiyyətini qeyd edərək, bildirdi ki, Türkiyə Prezidenti Ərdoğan Şuşa Bəyannaməsinin qəbulundan sonra da Şuşaya səfər etdi. “Onun İlk səfərdə Azərbaycanla birgə Şuşa Bəyannaməsini imzalaması bütün dünyaya, eləcə də erməni lobbisinə və onların havadarlarına ciddi bir mesaj idi. Türkiyə prezidenti Ərdoğan hər zaman Azərbaycanın yanında olub və onu açıq şəkildə dəstəkləyib. Eləcə də, Azərbaycan prezidenti İlham Əliyev bütün səviyyələrdə hər zaman açıq şəkildə Türkiyəyə dəstək verib. Hər iki lider Şuşa Bəyannaməsi ilə bir daha təsdiq etmiş oldu ki, iki qardaş ölkə qarşılıqlı müttəfiq və strateji tərəfdaşdırlar. Bu Bəyannamə özündə məhz bunu ehtiva edir. Burada məsələ birtərəfli deyil, qarşılıqlı xarakter daşıyır. Söhbət yalnız ölkəmizə olan təhdidlərdən deyil, həm də qardaş Türkiyəyə olan təhdidlərdən gedir. Azərbaycan xalqı da hər zaman Türkiyəni müdafiə edib, bu Bəyannamə ilə artıq Türkiyənin strateji tərəfdaşı olaraq, birgə fəaliyyətimiz qanunla da tənzimlənir”.
İlham İsmayılov qeyd edib ki, Azərbaycan-Türkiyə müttəfiqliyinin tarixi kökləri dərindir və indiki müttəfiqlik Bəyannaməsi də bu tarixi köklərin üzərində inşa olunub: “Əvvala ölkələrimizi sadəcə hərbi, iqtisadi müttəfiqlik deyil, həm də soy-kök və ortaq mədəniyyətimiz birləşdirir. Ona görədir ki, bütün beynəlxalq prinsipial məsələrdə ölkələrimiz eyni mövqedən çıxış edir. Bunu heç zaman gizlətmirik, əksinə bir-birimizin mövqeyimizi çox açıq şəkildə müdafiə edirik. Bütün dünya da bizi məhz belə qəbul edir. Bilirlər ki, bizim mövqelərimizə təsir etmək də çətindir. Bu münasibətlərin yaranmasında təbii ki, tarixi gerçəkliklər də rol oynayıb. İki qardaş ölkə arasında münasibətlərə təsir edən ən kilid nöqtələrdən biri də 1918-ci ildə Nuru paşanın komandanlığı altında Qafqaz islam Ordusunun Azərbaycanda qırğınlar törədən erməni-bolşevik quldur dəstələrinə qarşı olan mücadiləsidir. Yüz il əvvəl Cümhuriyyətimizə olan real təhdidlər, əsrin sonlarında yenidən təkrarlananda da yanımızda yenə türk qardaşlarımızı gördük. Ona görə də Azərbaycan-Türkiyə münasibətləri hər zaman müttəfiqlikdən daha üstün olub. Bizi tarix, kök, müttəfiqliklə birlikdə, həmdə ortaq faciələr, ortaq düşmənlərin varlığı birləşdirir. Odur ki, Şuşa Bəyannaməsi bizim düşmənlərimizə təqdim etdiyimiz birgə mesajımızdır. Bunu ermənilər də çox ciddi qəbul etməlidirlər. Revanşist düşüncə daşıyan erməni millətçiləri isə Bu Bəyannamədi dönə-dönə oxumalı və nəticə çıxarmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media