İslam ümmətinə qarşı həmişə ikili standartlar olub
Yusif Nəzərli
07:42 11.06.2022
Cəmiyyət
531
Qərb müsəlmanları Avropadan kənarlaşdırmaq üçün müxtəlif yollara əl atır
ATƏT prezidentinin şəxsi nümayəndəsi, səfir Mehmet Paçacı deyib ki, Avropada yaşayan müsəlmanlara qarşı ayrıseçkilik halları artmaqdadır. Onun sözlərinə görə, müsəlmanlara qarşı stereotiplər inkişaf edib və ATƏT regionunda geniş vüsət alıb: “Avropa ölkələrində müsəlmanları terrorizm və ekstremizmlə əlaqələndirmək, müsəlman icmalarının mövcudluğunu milli kimlik üçün təhlükə kimi qələmə vermək cəhdləri artıb. Müsəlman ailələrinin evlərinə, eləcə də hicablı qadınlara qarşı hücumlar baş verir, müsəlmanlara qarşı nifrət aşılamaq halları artır”. Mehmet Paçacı bildirib ki, ATƏT irqi və etnik nifrəti və müsəlmanlara qarşı nifrəti qətiyyətlə pisləyir, dövlətləri bu hadisələrin bütün formaları ilə mübarizə aparmağa çağırır. ATƏT rəsmisi hesab edir ki, nifrət cinayətləri, müsəlmanlara qarşı nifrət, irqçilik, ksenofobiya və ayrı-seçkiliyi anlamaq, təhlil etmək və onlarla mübarizəyə kömək etmək üçün getdikcə daha təkmil texniki vasitələrə ehtiyac var. Paçacı vurğulayıb ki, dini dözümsüzlük və ayrı-seçkilik aktlarına qarşı mübarizədə əsas məsuliyyət dövlətlərin üzərinə düşür.
İlahiyyatçı Tural İrfan “Şərq”ə deyib ki, ümumiyyətlə Qərbdə, Amerikada müsəlmanları “radikal”, “ziyanlı”, “təhlükəli” qələmə vermək ənənəsi yeni deyil. Ekspertə görə, bunun kökündə Qərbin səlibçi təfəkkürdən hələ də yaxa qurtara bilməməsi dayanır: “Qərb üzdə olmasa da, daxildə müsəlman ölkələrinə ikili standartlarla yanaşır. Qarabağ münaqişəsi dövründə bu yanaşma özünü açıq göstərdi. ATƏT-in Minsk qrupunun xristian üzvləri Ermənistanın tərəfində idilər. Müsəlman Azərbaycana münasibətdə daim susqunluq nümayiş etdirirdilər. Qərb müsəlmanların sərvətini, dövlətini talayaraq, onları radikallığa vadar edir. Müsəlmanlar etiraz etdikdə, haqlarını istədikdə bunu körükləyir və terror həddinə gətirirlər. Sonra adını qoyurlar ki, müsəlmanlar “terrorçudur”. Cəmiyyət heç vaxt öz-özünə, durduğu yerdə hansısa başqa dinin nümayəndələrinə mənfi fikirdə ola bilməz. Buna səbəb olan amillər var. Qərb, Amerika tarixən müsəlman ölkələrində soyqırımlar törədib, xalqları qırıb, sərvətlərini talan ediblər. Türkiyənin başçılığı ilə müsəlman dünyasının yenidən ayağa qalxdığını görür və ehtiyat edirlər ki, güclənmiş müsəlmanlar onlardan intiqam ala bilərlər. Ona görə də “qara məni basınca, mən qaranı basım” prizmasından yanaşaraq indidən müsəlmanlara nifrət formalaşdırırlar. Bu, saxtakarlıq və çox təhlükəli oyundur”.
T.İrfan vurğulayıb ki, müsəlmanlar radikal deyil, əgər hardasa radikal müsəlman varsa, onu Qərb vadar edib: “Fransanın Əlcəzairdə törətdiyi soyqırım tarixə düşüb. Amerika İraqda, Əfqanıstanda, Liviyada, Suriyada dəhşətli qırğınlar edib. Görünən odur ki, qərblilərin “xaç yürüşləri” hələ də davam edir. Məsələnin dərininə gedəndə, əslində İsrail-Fələstin münaqişəsinin də kökündə Amerika, Qərb durur. Vaxtilə yəhudilərə qarşı soyqırımı törədənlər avropalılar olsa da, sonradan yəhudiləri müsəlmanlarla düşmən ediblər. Odur ki, müsəlmanlara qarşı radikal fikirlərin, Quranın yandırılmasının və başqa bu kimi halların hamısının kökündə Qərb dövlətlərinin maraqları durur. Müsəlmanları Avropadan kənarlaşdırmaq üçün müxtəlif yollara əl atırlar. Düşünürəm ki, sonda haqq, ədalət qalib gələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media