İstanbulda Xocalı soyqırımının 30 cu ili anıldı
18:22 26.02.2022
Cəmiyyət
641
Türkiyənin İstanbul şəhərində yerləşən Türk Dünyası Araşdırmaları Vəqfinin “Turan Mədəniyyət Mərkəzi”ndə (Süleymaniyyə Kürsüsü) Türkiyyat Araşdırmaları İnstitutu konfrans salonunda “30 cu ilində Xocalı soyqırımı” adlı konfrans keçirildi. Konfransda çıxış edən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı;hər zaman danışdığım bu kürsüdən bu gün fərqli bir çıxış edəcəm. Bu günə qədər hey sitəm etdik, Qarabağ işğal olundu, dünya kar, kor, heç nəyi görmür, Azərbaycan torpaqlarının yüzdə iyirmisi işğal altında dedik. Belnəlxalq təşkilatlar bu 30 il ərzində bizi oyaladı və heç bir nəticəsi də olmadı. Amma bu gün Allaha şükürlər olsun ki, Azərbaycan 44 günlük Vətən Savaşında erməni yalanlarını ortaya qoydu və sübut etdi ki, zülüm, yalan əbədi ola bilməz, bir gün həqiqət ortaya çıxar. Mən İslam Ölkələri Parlament İttifaqının Siyasi Komitəsinin üzvüyəm, o zaman təşkilata yeni qatılanda qəbul edilən son bidiridə Xocalı adının qeyd olunması üçün dörd dəfə çıxış etdim. Biz müsəlman olmadan önce insanıq, Xocalı soyqırımı bir vəhşətdir, insanlıq dramıdır, bunu görməzdən gəlmək olmaz dedim və çətinliklə də olsa həmin parlament ittifaqı Xocalı soyqırımı ilə bağlı 29 bölümdən ibarət bir qətnamə qəbul etdi, çox şükür. Türk heç vaxt soyqırım etməz, soyqırımı bu gün Rusiya edir - Şimali Qafqazda, Kırımda, Azərbaycanda, Türkləri dünyanın hər yerinə pərən-pərən salıb və bu gün də bu iddiasından əl çəkmir. Rusiyanın bu gün Azərbaycanla münasibətləri yaxşı olsa da, hər halda tarix öz yerində qalır, - deyərək Azərbaycanın yanında olduğuna görə, hər zaman acılarımızı bölüşdüyü üçün, bizim sorunlarımızı Türkiyənin, Türk millətinin sorunu olduğunu dilə gətirdiyi üçün Türkiyə xalqına təşəkkür etdi. Tədbirdə Türk Ədəbiyyatı Vəqfi başkani Sərhəd Kabaklı, Türk Dünyası Araşdırmaları Vəqfi başkanı Közhan Yazqan, Azəri-Türk Qadınlar Birliyi başkanı Tənzilə Rüstəmxanlı və Azərbaycan diasporunun Rusiyada təmsilçisi Abuzər Bağırov da çıxış etdilər.
Onu da qeyd edim ki, bu gün həmçinin İstanbuldakı Bəyazit Meydanında Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 30 cu ilinə həsr edilmiş “bayrağını da al gəl” şüarı ilə aksiya keçirilib. Aksiyada Azərbaycanın İstanbuldakı Konsulluğunun nümayəndəsi Cavid Ələkbərov, İstanbulda yaşayan Azərbaycan Türkləri və qeyri hökümət təşkilatlarının nümayəndələri iştirak edirdi.
Yaqut Misirxanlı,
Xüsusilə “Şərq” qəzeti üçün İstanbuldan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol