Kamran Əliyev Almaniyanın Baş prokuroru ilə görüşüb
Yusif Nəzərli
15:00 28.01.2022
Cəmiyyət
421
Yanvarın 28-də Almaniyaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Karlsrue şəhərində almaniyalı həmkarı Peter Frankla görüşüb.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Səmimi qəbula görə təşəkkür ifadə olunaraq iki ölkə arasında zəngin tarixi və mədəni irsə köklənən dostluq münasibətlərinin mövcudluğu vurğulanıb. Bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına tövhə verdiyi qeyd edilib.
Baş prokuror Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər və əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən terrorçuluqla mübarizə, qanunsuz miqrasiya, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Azərbaycan və Almaniyanın prokurorluq qurumları arasında əlaqələrin gücləndirilməsi və gələcəkdə daha da intensivləşdirielməsi məqsədilə əməkdaşlıq haqqında memorandumun imzalanması təklif olunub.
Görüşdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat