
Kolbasadan rezin çıxdı! – “AQTA pis işləyir” - Monitorinq aparılsın!
Yusif Nəzərli
11:14 31.01.2022
Cəmiyyət
744
Son zamanlar qida sektorunda yaranan problemlər geniş vüsət alıb. Əhalinin aldığı və istifadə etdiyi məhsullarda yad cisimlərə - metala, rezinə və.s rast gəlinir. Oxşar halla qarşılaşan şəxslərdən biri də jurnalist Tural Tağıyevdir. Belə ki, jurnalist bu barədə öz Feysbuk hesabında paylaşım edib. O bildirib ki, aldığı kolbasadan rezin çıxıb:
“İl olub 2022, amma hələ də ərzaq məhsullarının içındən təhlükəli yad cisimlər çıxır. Bilmirəm rezin idi, ya hər nə idisə, yazıq fikir vermədən yeyənlərin halına. Nadir hallarda alıb yeyirəm. Özü də ucuz da deyil... Paylaşmaqda məqsəd - uşaqlara verəndə özünüz kəsib verin!”
Bu sektorda olan məsuliyyətsizlik günü-gündən artır. Zaman keçdikcə, belə hadisələrin sayı çoxaldıqca sanki belə hadisələr normal hal alır. Bəs, problemin kökünü harda axtarmalıyıq?

Sualımızla bağlı “Sherg.az”a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, qidanının keyfiyyəti ilə heç bir qurum məşğul olmur:
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsasnaməsinə uyğun olaraq onların əsas istiqaməti qidanın təhlükəsizliyini təmin etməkdir. Keyfiyyət məsələsi qalıb ortalıqda, bununla heç kim məşğul olmur. AQTA –da İctimai Şuranın üzvü olaraq, agentliyinin bu məsuliyyəti üzərinə götürməyi təklif etmişəm. Ancaq məhsulun içindən metal çıxması o deməkdir ki, bu doğrudan da təhlükəli qidadır. Sözügedən təşkilatın pis işləməsinin nəticəsidir. Qida işi ilə məşğul olan hər bir hüquqi və fiziki şəxs mütləq AQTA-da reyestrə daxil olmalıdır və buna nəzərət olunmalıdır. Lakin görünür ki, adı çəkilən qurumun AQTA-da reyestrinə baxan olmayıb”.
E.Hüseynov vurğulayıb ki, həmin müəssisədə monitorinqlər aparılmalıdır:
“Məhsulun içərisinə kənar cisim düşürsə, orada gigeynik qaydalardan, heç bir təhlükəsizlik məsələsindən danışmaq olmaz. Bu yolverilməzdir. Malın adı açıqlanmalı və orada müəyyən monitorinqlər aparılmalıdır”.
Çimnaz ŞAHLAR
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat