
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun asfaltlanmasına başlanılıb
Yusif Nəzərli
13:25 22.06.2022
Cəmiyyət
513
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun bərpasıdır. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Artıq yolun asfaltlanmasına başlanılıb.

"Sherg.az" xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmlidir.
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, suni qurğuların inşası işləri görülür. “İnşaat Norma və Standartları”na uyğun olaraq yararsız qrunt, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, yeni torpaq yatağının və yol əsasının inşası həyata keçirilir. Yol əsası hazır olan hissədə yeni asfalt-beton örtüyünün döşənməsinə də start verilib.
Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və müxtəlif süni qurğuların tikintisi də icra olunur. Bu çərçivədə yolun 22-ci km-də inşa edilən və uzunluğu 149.5 metr, eni 13.5 metr olan 4 aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələ üzrə icra olunur.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə