Leyla Abdullayeva xarici jurnalistlər üçün mətbuat konfransı keçirib - FOTO
Yusif Nəzərli
15:38 30.01.2023
Cəmiyyət
515
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində xarici jurnalistlərlə mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, səfir Leyla Abdullayeva ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın Ermənistanın təcavüzü ilə üzləşdiyini və ərazilərinin 20 faizinin erməni işğalına məruz qaldığını bildirib. Erməni işğalı nəticəsində bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salındığını və qaçqın və məcburi köçkün həyatı yaşadığını deyib.
Azərbaycanın həmişə sülh niyyətində olduğunu, 30 il müddətində torpaqlarının işğalının həllini danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu bildirib. Münaqişənin həll edilməsi məqsədi ilə yaradılmış Minsk qrupunun da 30 il ərzində heç bir irəliləyişə nail olmadığını qeyd edib.
Diqqətə çatdırıb ki, 2020-ci ildə Ermənistanın növbəti təxribatı Azərbaycanın səbir kasasın daşırıb və o, ərazilərinin müharibə yolu ilə azad etmək məcburiyyətində qalıb. Azərbaycanın qələbəsi ilə başa çatan müharibənin sonunda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatdan söz açaraq, Ermənistanın bu bəyanata riayət etmədiyini bildirib. Azərbaycan bu gündə regionda sülhün bərqərar olmasında maraqlı olduğunu və bu istiqamətdə səylərini davam etdiyini diqqətə çatdırıb. Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistana 5 bənddən ibarət təklif irəli sürüb. Ancaq Ermənistan hələ də qeyri-konstruktiv mövqeyini davam etdirdiyini və Azərbaycanın qələbəsini həzm edə bilmədiyini deyib.
Səfiri ölkəmizin regionda sülhün bərqərar olması istiqamətində gördüyü işlərdən danışıb.
Laçın dəhlizi haqqında məlumat verərək, dəhlizin açıq olduğunu vurğulayıb. Dəhlizin humanitar məqsədlər üçün nəzərdə tutulsa da, Ermənistanın bu dəhliz vasitəsilə Azərbaycan ərazisinə minalar, silahlar və hərbiçilər göndərdiyini qeyd edib. Azərbaycanın azad edilmiş ərazilərində üzləşilən mina problemi haqqında məlumat verərək, son vaxtlar aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunmasını əks etdirən sübutlar olduğunu diqqətə çatdırıb. Bildirib ki, belə minaların aşkarlanmasından, eləcə də ölkəmizə məxsus mədənlərin qeyri-leqal olaraq istismar edildiyinə etiraz olaraq bir qrup azərbaycanlının dinc aksiya keçirdiyini deyib.
Laçın dəhlizinin Rusiya sülməramlılarının nəzarətində olduğunu bildirib və deyib ki, Azərbaycan ərazilərinə erməni hərbiçilərinin, silah və minaların daşınmasına imkan verə bilməz.
Qeyd edib ki, Ermənistan qeyri-leqal fəaliyyətini davam etdirmək məqsədilə Laçın dəhlizi ilə bağlı reallığı əks etdirməyən məlumatlar yayır.
Səfir Leyla Abdullayeva jurnalistlərin suallarını cavablandırıb.
Sonda xarici jurnalistlər səfirliyin Mədəniyyət Mərkəzində Azərbaycan mədəniyyətini əks etdirən eksponatlarla tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol