Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
14:47 17.08.2019
Cəmiyyət
567
Avqustun 17-də görkəmli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günüdür.APA -nın məlumatına görə, bu münasibətlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, sənətkarın həyat yoldaşı, SSRİ-nin xalq artisti Tamara Sinyavskaya, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artisti Eldar Quliyev, tanınmış incəsənət, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda M. Maqomayevin qəbrini ziyarət ediblər.Leyla Əliyeva onun çox böyük, işıqlı və səxavətli insan olduğunu diqqətə çatdırıb: "Mən inanıram ki, Müslüm Maqomayev ölməyib, bu gün də bizimlədir".F. Əlizadə qeyd edib ki, Müslüm Maqomayevi yad edənlər hər il onun məzarını ziyarətə gəlirlər: "Allah Müslüm Maqomayevə bütün gözəl cəhətləri bəxş etmişdi. Onun bariton səsi ən çətin operaları ifa etməyə imkan verirdi. Müslüm Maqomayev həm rəssam, həm də bəstəkar idi. O, həm də Mario Lansa haqqında kitabın müəllifidir. Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin ən parlaq simasıdır".Musiqiçinin həyat yoldaşı Tamara Sinyavskaya gələnlərə təşəkkürünü çatdırıb: "Artıq 11 ildir ki, onu sevənlər qəbrini ziyarətə gəlirlər. Onun xatirəsini andığınız üçün hər birinizə bir daha təşəkkür edirəm".E. Quliyev Müslüm Maqomayevin işıqlı insan olduğunu deyib: "Onu bir sözlə ifa etmək, sözlərlə təsvir etmək çox çətindir. Biz onunla eyni dövrdə yaşadığımız üçün xoşbəxt olmalıyıq. Onun yaradıcılığı istər musiqiçi, istər bəstəkar kimi çox böyükdür. Biz hər il M. Maqomayevin doğum günündə buranı ziyarət etməklə təkcə onu deyil, özümüzü də yaşadırıq".Sonra bəstəkarın məzarı üzərinə əklil qoyulub, çiçəklər düzülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat