Mədət Quliyevin rəhbəri olduğu qurumun yeni baş katibi seçildi - FOTO
Yusif Nəzərli
15:58 14.01.2022
Cəmiyyət
718
Bu gün Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin sədrliyi ilə qurumun İcraiyyə Komitəsinin növbədənkənar iclası olub.
Bu barədə Velosiped İdmanı Federasiyası məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı AzVİF-in baş katibi postuna namizədliyi irəli sürülən Elnarə Musayevanın bu vəzifəyə seçilməsi ilə bağlı İcraiyyə Komitəsi üzvlərinin səsverməsi keçirilib. Komitə üzvləri yekdilliklə Elnarə Musayevanın Federasiyaya baş katib seçilməsinə səs veriblər.
Daha sonra Federasiya prezidenti yeni idman direktoru, ukraynalı mütəxəssis Oleq Berezovskini tədbir iştirakçılarına təqdim edib. İclasda 2022-ci ildə görülməsi planlaşdırılan məsələlər müzakirə edilib, məşqçilərin tədris prosesinin təkmilləşdirilməsinə, idmançıların təlim-tərbiyəsinə, onların ictimaiyyət arasında davranış qaydalarına və təhsil müəssisələrində davamiyyətə riayət etmələrinə xüsusi diqqət yerilmələrinə və qeyd olunan məsələlərin plana salınmasına dair Federasiya prezidentinin tapşırıq və tövsiyələri dinlənilib.
Qeyd edək ki, Mədət Quliyev Velosiped İdmanı Federasiyasının prezidenti olmazdan əvvəl bu qurumun baş katibi Fərhad Əliyev idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat