"Mən yenə fikrimdə qalıram"
Yusif Nəzərli
09:56 25.01.2022
Cəmiyyət
676
Aqil Abbas: "Tağıyevin heykəlinə zərər verənlərə heç olmasa, 15 sutkalıq cəza verilməliydi"
“Yəqin ki, layiqli cəzalarını alacaqlar. Bunu istintaq müəyyənləşdirəcək. Amma biz təklif edirik ki, həbsdə olduqları müddətdə onları hər gün səhər bu heykəlin yanına gətirməli, heykələ qulluq eləməlidilər. Camaat da onları görməlidi və bu da digərlərinə görk olmalıdır”. Bu fikirlər millət vəkili, yazıçı-publisist Aqil Abbasa məxsusdur və Hacı Zeynalabdin Tağıyevin paytaxtdakı heykəlinin açılışından cəmi bir neçə saat sonra ona zərər verənlər haqqında “hökm”dür. Amma hörmətli millət vəkilinin təklifi reallaşmadı. Heykələ zərər verənlərin layiqli cəza alıb-almamaları barədə də nülahizə yürütmək çətindir. Çünki bizim mövqeyimiz subyektiv hesab edilə bilər, hərçənd Hacı Zeynalabdin Tağıyev ümummilli sərvətdir, fərdiliyə, subyektivizmə aidiyyəti yoxdur. Yenə də. Polis doğru bildiyi qərarı verib.
Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlini zədələməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Hər iki şəxs sərbəst buraxılıb və polisinin nəzarətinə verilib. Halbuki, böyük səs-küyə səbəb olan hadisədən dərhal sonra Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi operativ tədbirlər nəticəsində hər iki şəxs, necə deyərlər, “qıs-qıvraq” yaxalanmışdı. Və faktla bağlı konkret maddələrlə cinayət işi açılmışdı. Məlumatda bildirilirdi ki, qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb. Təbii ki, heykəltəraş da hadisə yerinə dəvət olundu və heykəl bərpa edildi, abidənin üzərindən qoparılan element yerinə qoyuldu.
Xuliqanlarsa, sərbəst buraxıldı (!). Bəlkə də Hacıya uyğun ağayana davranışdır. Ola bilər. Bəs Aqil Abbas indi nə düşünür? “Şərq”ə açıqlamasında millət vəkili əvvəlki fikrində qaldığını dedi:
- Mən o fikrimdə qalıram ki, bu adamlara heç olmasa, 15 sutkalıq cəza verilməliydi və bu cəza da heykələ qulluq etmək olmalıydı. Camaat da görməliydi ki, heykələ hörmətsizlik edənlərin aqibəti necə olur. Amma görünür, istintaq aparılıb və məlum olub ki, bu, qəsdən törədilən əməl deyil. O insanlar bunu beyinsizliklərindən, düşüklüklərindən ediblər. Cəza verməklə də islah etmək olmur. Ona görə də polis nəzarəti altında sərbəst buraxılma qərarı verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya