MHB Əbülfəz Elçibəylə bağlı müraciət yayıb: Məzarını birgə ziyarət edək!
Yusif Nəzərli
09:07 15.06.2022
Cəmiyyət
429
Milli Hərəkatçılar Birliyi Əbülfəz Elçibəylə bağlı müraciət yayıb. “Sherg.az” müraciətin mətnini olduğu kimi təqdim edir:
Dəyərli xanımlar və bəylər!
Ölkəmiz iqtisadi, ictimai-siyasi və beynəlxalq şəraitin çox mürəkkəb olduğu bir mərhələdən keçir. Müxtəlif daxili və xarici faktorlar vəziyyəti daha da çətinləşdirir. Xaricdən təzyiq və təxribatlar olması təbiidir, lakin buna qarşı durmaq üçün bütün milli qüvvələrin həmrəylik içində olması önəmlidir.
Bu mənada düşünürük ki, 24 iyunda böyük liderimiz Əbülfəz Elçibəyin məzarının birlikdə, eyni saatda ortaq bir çələnglə ziyarət edilməsi milli qüvvələrin birliyi və əməkdaşlığı yolunda önəmli bir addım olar. Vətəni, milləti sevən, xalqımızın problemlərinə çözüm tapmaq istəyən bütün qüvvələri – ictimai və siyasi təşkilatları – həmrəylik göstərərək bu addımı atmağa çağırırıq.
Bunu da əlavə etmək lazımdır ki, Kələkidə hər il ənənəvi olaraq keçirilən doğum günü tədbiri bu il 24 iyun günü saat 11.30-da MHB təşkilatçılığında keçiriləcəkdir. Həm Fəxri Xiyabandakı ziyarətçilərlə, həm də xarici ölkələrdəki təmsilçilərlə bağlantı qurmaq, Kələkidəki tədbir iştirakçılarına müraciət etmək imkanı olacaqdır. Kələkidəki tədbirə eyni zamanda, demək olar ki, bütün siyasi partiyaların Naxçıvandakı şöbələri qatılırlar. Siyasi partiyalarımızın Bakıdakı mərkəzlərinin də eyni davranışı sərgiləmələri fövqəladə müsbət bir addım olardı.
Bütün milli qüvvələrin lider olaraq qəbul etdiyi Elçibəyin məzarını bu günə qədər müxtəlif saatlarda ziyarət edərək, birlikdə olmadığımızı sanki xüsusi olaraq nümayiş etdirmişik. Həmin gün ortaq bir ziyarətin gerçəkləşdirilməsi isə milli birlik yönündə ümidləri canlandıracaqdır. Həmrəylik və əməkdaşlıq ruhunun dirçəlməsinə səbəb olacaqdır. Bunun üçün heç bir şərt, tələb ortaya qoymadan, sadəcə və sadəcə böyük liderimizin ruhunu şad etmək üçün 24 iyun günü saat 12.00-da bir araya gələk, onun məzarını birgə ziyarət edək.
Bu yolda hər kəsə uğurlar diləyirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət